Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » KİV DF informasiya agentlikləri və jurnalist təşkilatları üçün ayrıca müsabiqə elan edəcək
03.12.10 21:28

Gələn ilin yanvarında Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİV DDF) informasiya agentlikləri və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı ayrıca müsabiqə elan edəcək. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində KİF DF-nin sədri Vüqar Səfərli bildirib.
O, qeyd edib ki, elan olunacaq müsabiqədə layihələrin maliyyə dəyəri hələ müəyyənləşməyib, hazırda bunun üzərində iş gedir. “Bu da gələn ayın ortalarına qədər müəyyənləşəcək. Biz indiki müsabiqəni ona görə ilk olaraq qəzet və jurnallar üçün elan etdik ki, Fondun birinci məqsədi qəzetləri maliyyələşdirməkdir”,-deyə sədr vurğulayıb. Qeyd edək ki, KİV DDF noyabrın 25-də ölkədə fəaliyyət göstərən qəzet və jurnalların layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.
URL / WWW
http://kelam.az/article/a-2482.html