Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Astanada Ermənistanın bütün hiylə və metodlarının üsrü açıldı”
03.12.10 21:28

ATƏT Astana sammiti ərəfəsində Ermənistanın bütün hiylə və metodlarının üsrü açıldı. KƏLAMİNFO xəbər veir ki, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.O, qeyd edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri, o cümlədən Rusiya çalışır ki, sammit başlanan günə qədər razılaşdırılmış sənəd əldə olunsun və hətta mümkünsə sənəd imzalanmış variantda əldə olunsun. “MDB məkanında keçirilən ilk ATƏT sammitinə Rusiyanın da marağı böyük idi. Çünki Qazaxıstan əksər geostrateji məsələlərdə Rusiya ilə müttəfiqdir. Məhz bu maraqdan dolayı Rusiya prezidenti Dmitri Medvedev Astana sammitinə qədər Fransada Dovil sammitində Almaniya və Fransa liderləri ilə keçirdiyi görüşdə MDB məkanında münaqişələri həll etməyi söz vermişdi. Burada Dağlıq Qarabağ məsələsi xüsusilə qeyd olunurdu. Bununla da D.Medvedevin son aylarda Qarabağ məsələsi ilə bağlı artan səylərinin Astanada nəticə verməməsi onun şəxsi imicinə böyük zərbə yaratmış oldu. Səbəbkar isə, təbii ki, Ermənistandır. Rusiyanın yenicə başlatdığı bu qətiyyətli addımların Ermənistan tərəfindən qırılması, sonuncu üçün ciddi fəsadlar da yarada bilər. Təəssüf ki, Ermənistan hələ də bunu anlamır”,-deyə M.Əhmədoğlu fikirini açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-2481.html