Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bələdiyyələrin 47%-i “reket mətbuatın” “fəaliyyəti”ndən əziyyət çəkir
04.12.10 02:27

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi bələdiyyə və media münasibətlərinə aydınlıq gətirmək məqsədilə sentyabr-oktyabr aylarında Bakının 50 bələdiyyəsi arasında yazılı sorğu keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyindən veriblər.
Əsasən bələdiyyənin bu günkü durumu, media ilə əlaqələrin səviyyəsi və müasir inormasiya texnologiyaların tətbiqi səviyyəsi ilə bağlı sualların daxil edildiyi sorğuda bələdiyyələrin 68% media ilə münasibətlərin intensiv xarakter daşımadığını, 20% münasibətlərin normal olduğunu, 12 % isə cavab verməkdə çətinlik çəkdiklərini bildirib. Bakı bələdiyyələrinin 82%-i sakinlərinə hesabat verdiklərini qeyd etsələr də, 38%-i bu hesabatın təqdimatından narazılığını ifadə ediblər. Bələdiyyələrin 78%-i maliyyəsizlikdən, 25%-i isə səlahiyyətlərin icrasına kənar müdaxilələrin olduğunu, bununla yanaşı bələdiyyələrin 57 %-də informasiya texnologiyaların tətbiqinə maraqlı olduqlarını, 48% maliyyəsizlikdən bu prosesə qoşula bilmədiklərini qeyd ediblər. Sorğuda rəyi soruşulan bələdiyyələrin 47%-nin “reket mətbuatının” “fəaliyyəti”ndən əziyyət çəkdikləri, lakin maliyyəsizliklə üzləşdiklərindən son aylar bu “orqanlar” tərəfindən müraciətlərin sayının azaldığı bildirilib.
URL / WWW
http://kelam.az/article/a-2479.html