Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Kuklalar” bədii filminin təqdimatı keçiriləcək
03.12.10 21:27

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə dekabrrın 10-da Beynəlxalq Muğam Mərkəzində “Kuklalar” bədii filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. “Sınaqfilm” studiyasında çəkilmiş filmin rejissor Çingiz Rəsulzadədir.Filmdə: SSRİ. Bakı. 80-ci illərin sonu təsvir olunur. Bir qrup gənc oğlan Dənizkənarı Parkda kukla geyimlərində şəkil çəkdirməklə pul qazanırlar. Hər şey onların həyatında ilk dəfə baş verir: məhəbbət, dostluq, xəyanət. Onlar özləri dərk etdikləri kimi azad yaşamağa can atırlar, lakin bu gənclərin uşaqlıq dövrü sovet imperiyasının dağılması ilə bitir.
Azadlığı əldə edərək, onlar artıq daha böyük miqyasda oynayan kuklalara çevrilirlər.
Rollarda: Qorqud Cəfərli, Yevgeniy Qəhrəmanov, Cavid Quliyev, Ağa Bədəlov, İsgəndər Ağagülov, Emil Zöhrabov, Cəminə Ağayeva, Şəlalə Quliyeva, Vahid Əliyev, Xalidə Quliyeva, Abbas Qəhrəmanov, Şahmar Qəribli, Elvira Cəfərova, Mehriban Xanlarova, Ömür Nağıyev və b.iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-2478.html