Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu aylıq hesabat verdi
03.12.10 21:25

Bu gün Trend Xəbərlər Mərkəzində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ötən ayın yekunları ilə bağlı hesabat xarakterli mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər veir ki, konfransda M.Əhəmdoğlu ilk olaraq diqqəti “WikiLeaks” saytında dərc olunan məlumatlara və Turqut Ərin yazdığı Azərbaycan hakimiyyətini ittiham edən “Azadlıqdan Tiranlığa” doğru kitabına yönəldib.Politoloq hesab edir ki, “WikiLeaks” saytının yaydığı materiallar ölkələr arasında gərginlik yaratmağa xidmət edir və burada marağı olan qüvvələr var. “Məsələ burasındadır ki, ABŞ Dövlət Departamenti saytda dərc olunan materialları təkzib etmədi və bunların ona məxsus olduğunu etiraf etməklə hadisəni pislədi. Bununla məsələnin üstündən keçdi. Saytda Azərbaycanla da bağlı məlumatı yaymaqla, Türkiyə-Azərbaycan, Azərbaycan-Rusiya və Azərbaycan-İran münasibətlərində gərginlik yaratmaq istəyiblər. Məxfi materialların çap edilməsi üzrə ixtisaslaşan “WikiLeaks” saytı tərəfindən ABŞ-ın müxtəlif ölkələrdəki diplomatik missiyalarından 250 min məxfi diplomatik məktub və teleqram “New York Times”a və bir sıra ABŞ və Avropa KİV-nə ötürülüb. “Tam məxfi” qrifinin olduğu sənədlərdə Prezident Barak Obama administrasiyasının böhran və münaqişələrlə bağlı yazışmasının detalları açıqlanır, ABŞ diplomatlarının müsəlman ölkələrinin prezidentləri və Avropa liderləri haqqında kəskin fikirləri səslənir, güya müxtəlif ölkələrin liderlərinin ABŞ-ın dövlət qulluqçuları ilə apardıqları şəxsi söhbətlər və dövlət katibi Hillari Klintonun Təhlükəsizlik Şurasının Rusiya, Çin, Fransa və Böyük Britaniyadan olan üzvlərinin izlənilməsinin təşkil edilməsi barədə sorğusu yer alır. Mən əminəm ki, “WikiLeaks” saytının yaydığı materiallarda ermənilərin əli var. Saytın gərginlik yaratdığı dönəmdə Turqut Ərin Azərbaycanla bağlı kitabı da Azərbaycan-Türkiyə münasibətlərində gərginliyi daha da artırdı. Bu kitab Azərbaycan-Türkiyə dostluğunun ziyanına öz sözünü dedi. Türkiyə-Azərbaycan münasibətlərində gəginlik yaratmaq yalnız Azərbaycan və Türkiyəni istəməyənlərin xeyrinədir. Bu kitabın arxasında da onlar durur”,-deyə politoloq hadisələri şərh edib.
URL / WWW
http://kelam.az/article/a-2471.html