Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yayıb
03.12.10 21:23

Birləşmiş Ştatlar məxfi məlumatın qanunsuz və ittihamlı yayımını kəskin formada pisləyir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən veriblər. ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinqin adından yayılmış bəyanatda bildirilir: “Biz, məxfi olması nəzərdə tutulan hər hansı məlumatın yayılmasına dərin təəssüf hissi keçiririk. ABŞ hökuməti tərkibində məxfi məlumatın olması fərz edilən sənədlərlə bağlı şərh verməyəcəyi və ya onların detallarını təsdiq etməyəcəyi halda, biz, diplomatik ictimaiyyətin məxfi sənədləri tərtib etmə və yazma təcrübəsindən danışa bilərik. Bu sənədlər hökumətlərin xarici əlaqələri ilə bağlı müzakirələrinə əsaslanan gündəlik daxili təhlil və səmimi qiymətləndirmələri əks etdirir.
Bu həftənin əvvəli dövlət katibi Hillari Klinton qeyd edib: “Bu, insan həyatlarını risk altına qoyur, dövlət təhlükəsizliyimiz üçün təhlükə yaradır və digər ölkələrlə müştərək problemləri həll etmək istiqamətində işləməyə mane olur. Ölkələr arasında ümumi təhlükəsizliyimizin asılı olduğu sülh münasibətlərinə xələl gətirmək heç bir cəsarətli addımı nümayiş etdirmir. Bu sənədlər əksər hallarda xarici siyasətin ilkin və tamamlanmamış ifadələrini özündə cəmləşdirir və onların özü-özlüyündə heç bir mövqeyi yoxdur, yaxud da onlar ABŞ siyasətini əks etdirmir”.
URL / WWW
http://kelam.az/article/a-2469.html