Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Kabel televiziyasının inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib
03.12.10 21:23

Bu gün Bakıda “Crown” mehmanxanasında Milli Televiziya və Radio Şurası (MTRŞ) və Azərbaycan Kabel Operatorları Assosiasiyasının (AKOA) təşkilatçılığı ilə “Kabel televiziyasının inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli, bildirib ki, hazırda Azərbaycanda 14 kabel TV fəaliyyət göstərir. O, AKAO-nun yaranmasının zərurətdən irəli gəldiyini söyləyib və bu qurumun hüquqi bazasının hazırlanması və müzakirəsində Şura ilə birgə çıxış edəcəyinə əminliyini ifadə edib. N.Məhərrəmli qeyd edib ki, 2005-ci ildən kabel TV-lərə lisenziya verilir. Onun sözlərinə görə, hazırda Azərbaycanda Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində kabel operatorları fəaliyyət göstərir:
İclasda AKOA-nın prezidenti Samir Qurbanov çıxış edib. O, AKOA-nın fəaliyyəti, məqsəd və vəzifələri, iş prinsipləri barədə danışıb.
Konfransın sonunda AKOA-nın təşəbbüsü ilə Avrasiya kabel televiziyasının yaradılması barədə niyyət protokolu imzalanıb. Sənədi Azərbaycan, Rusiya, Moldova, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan və Türkiyəni təmsil edən qurumların rəhbərləri imzalayıblar.
URL / WWW
http://kelam.az/article/a-2468.html