Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda Özbəkistanın I Milli Sərgisinin açılışı keçirilib
03.12.10 21:19

Bu gün “Bakı Expo center” Sərgi Mərkəzində Özbəkistanın I Milli Sərgisinin açılışı keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubov bildirib ki, sərgi iki ölkə prezidentlərinin təşəbbüsü və tapşırığı ilə həyata keçirilir. Y.Eyubov qeyd edib ki, bu cür sərgilərin keçirilməsi sübut edir ki, hər iki dövlət dost və qardaş ölkədir. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi bizim potensiyalımıza uyğun olmasada bu cür sərgilərin keçirilməsindən istifadə edərək çalışacağıq ki, bu həcmi artıraq. Y.Eyyubov gələcəkdə də bu cür sərgilərin keçirilməsinin davam edəcəyini söyləyib. Baş nazirin müavini bildirib ki, sərgidə Özbəkistanın 300-dən artıq müəssisəsindən təqribən 3000-dən artıq məhsul nümayiş etdirilir. Y.Eyyubov vurğulayıb ki, əminəm ki, sərgidə iki ölkə biznesmenləri bir-birləri ilə daha sıx əlqə quracaqlar.
Özbəkistan Baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Elyor Qaniyev deyib ki, sərgi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq, yeni iqtisadi əlaqələrin qurulması ilə nəticələnəcək. “İlk öncə bildirimək istəyirəm ki, bu cür sərgilərin keçirilməsi bütün sahələrdə olduğu kimi, iki ölkə arasında iqtisadi əməkdaşlığın da gücləndirilməsində kömək edir”,-deyən Özbəkistanlı nazir vurğulayıb ki, bu cür sərgilərdə ölkələrin müəssisə və şirkətlər arasında uzunmüddətli əməkdaşlığa zəmin yaradır.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2010-cu ilin sentyabr ayında Özbəkistana rəsmi səfəri zamanı dövlət başçıları arasında əldə olunmuş razılığa əsasən, noyabrın 5-8-də Daşkənddə Azərbaycannın ilk Milli Sərgisi keçirilib.
Dekabrın 3-dən 5-dək “Bakı Expo center” Sərgi Mərkəzində Özbəkistan Respublikasının Milli Sərgisi keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-2466.html