Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Xalq vəkillərini seçdi
03.12.10 17:03

Noyabrın 7-də Azərbaycanda növbəti parlament seçkiləri keçrildi. Səsvermədə  seçicilərin 50,14 faizi, yəni 2,48 milyon Azərbaycan vətəndaşı iştirak etdi.

Milli Məclisdə 125 yerə 690 namizəd mübarizə aparırdı. Onların arasında hakim partiyanın, müxalifətin nümayəndələri və müstəqil namizədlər var idi. Bir dairədən qanunverici orqandakı yerə namizədlərin ən çoxu 14 nəfər, azı isə 4 nəfər təşkil etmişdir. Deputatlığa daha çox namizəd Yeni Azərbaycan Partiyasından qeydə alınmışdı – 107 nəfər. Bütövlükdə bütün müxalifət partiyalarından deputatlığa 140 namizəd qeydə alınmışdı. Seçkilərdə 46 569 yerli və 1026 beynəlxalq müşahidəçi qeydə alınmışdı. Onlar 19 beynəlxalq qurumu, o cümlədən AŞPA, Aİ, TürkPA, ATƏT PA, ATƏT DTİHB, MDB, GUAM kimi qurumları, ABŞ, Böyük Britaniya, Qazaxıstan səfirliklərini və s. təmsil edirdilər. Həmçinin 20-dək xarici KİV-lərin, o cümlədən Röyter, Bi-Bi-Si, “Əl-Cəzirə”, TRT, AFG və s. nümayəndələri akkreditə olunmuşdu. Hakim Yeni Azərbaycan Partiyası 125 deputat mandatının 65-dən çoxunu əldə edə bildi.

Yeni parlament formalaşdı

Deputat mandatları uğrunda mübarizədə müxalifət partiyalarının bəzi nümayəndələri qələbə qazanıb. Vahid Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 75,09 faiz, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə 44,61 faiz, “Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa 51,74 faiz, “Ümid” Partiyasının sədri İqbal Ağazadə 46,23 faiz, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı 63,7 faiz, “Ədalət” Partiyasının sədri İlyas İsmayılov 54,04 faiz səs toplamışlar.
Noyabrın 22-də Mərkəzi Seçki Komissiyası Azərbaycan Milli Məclisinə seçkilərin yekun protokolunu təsdiq etmiş və baxılmaq üçün Konstitusiya Məhkəməsinə göndərmişdir.  Konstitusiya Məhkəməsi də noyabrın 26 və 29-da seçki sənədlərinə baxaraq müsbət rəy vermişdir.

Beynəlxalq müşahidəçilər nə düşünür?

 
ATƏT PA-nın vitse-prezidenti, ATƏT-in müşahidə missiyasının rəhbəri Volfqanq Qrossruk: “Əvvəlki seçkilərlə müqayisədə indiki seçkiqabağı proses və seçkilərin özü çox sakit şəraitdə keçmiş, kobud pozuntu hallarına yol verilməmişdir. MSK tez-tez görüşlər keçirmiş, qanunla nəzərdə tutulmuş bütün tələbləri yerinə yetirmişdir. 172 deputatlığa namizəddən 43-nün qeydiyyatı bərpa edilmiş, xeyli sayda beynəlxalq və yerli müşahidəçi qeydə alınmışdır. Beynəlxalq müşahidəçilər MSK ilə əməkdaşlıqdan razı qalmışlar. Son parlament seçkiləri ilə müqayisədə qadın namizədlərin sayı 10 faizdən 13 faizədək artmışdır.”
MDB müşahidə missiyasının rəhbəri Vasili Mordaşov: “Seçki prosesini müşahidə etmək üçün Naxçıvana yola düşəndə seçkilərin belə yüksək səviyyədə keçəcəyini təsəvvür etməzdik. Səsvermənin elə ilk saatlarında bir neçə məntəqədə olduq və gördük ki, seçkilərin keçirilməsi üçün necə gözəl şərait yaradılmışdır: yeni binalar ayrılmış, müasir avadanlıqla təchiz edilmiş, komissiya üzvləri arasında maarifləndirmə işləri aparılmışdır. Mən seçki məntəqələrində quraşdırılmış veb-kameralara da rast gəldim. Bu, çox mütərəqqi haldır: seçki prosesini dünyanın hər yerində müşahidə etmək mümkündür. Seçicilərin fəallığı göz qabağındadır. Mən bir çox ölkələrdə seçkilərin gedişini izləmişəm. Amma Naxçıvandakı seçici fəallığını çox az ölkədə görmüşəm. İnsanlar arası kəsilmədən gəlib səsvermədə iştirak edirdilər. Dövlətin muxtar respublikada seçkilər üçün yaratdığı şərait təkcə respublikanın digər regionları üçün deyil, həm də bütün MDB ölkələri üçün örnək ola bilər.
Avropa Seçkiləri Müşahidə Akademiyası missiyasının nümayəndəsi  Viktor Papazov: “Müşahidə apardığım seçki məntəqələrində heç bir qanun pozuntusu qeydə alınmamışdır. Seçkilər yüksək səviyyədə təşkil edilmiş, səsvermə azad, demokratik və şəffaf şəraitdə keçmişdir. Sözün doğrusu, Azərbaycanın seçki sistemində daha nəyi təkmilləşdirməyə ehtiyac olduğunu bilmirəm.”
Türkiyə parlamentinin üzvü Mustafa Ataş: “Mən 2005-ci ildə də Azərbaycanda parlament seçkilərini müşahidə etmişəm. Bu dəfə səsvermənin gedişini Bakıda, 15 saylı Yasamal birinci seçki dairəsinin 12 və 13 nömrəli məntəqələrində müşahidə etmişəm. Deyə bilərəm ki, ötən beş ildə bu sahədə ciddi müsbət irəliləyişlər baş vermişdir. Müşahidə prosesində bütün siyasi qüvvələrin səsvermənin gedişini sərbəst izlədiklərinin şahidi oldum. Seçkilər şəffaf və demokratik şəraitdə keçdi. Ümidvarıq ki, bu seçkilərin nəticələrinə əsasən təşkil olunacaq parlament Azərbaycanın demokratik inkişafında əhəmiyyətli rol oynayacaqdır.”
Bavariya (AFR) parlamentinin deputatı  Krista Ştiven: “Müşahidə apardığımız seçki məntəqələrində səsvermə prosesi fəal və demokratik şəraitdə keçmişdir. Biz demokratik səsvermə prosesinə xələl gətirən hallarla qarşılaşmadıq. Doğrusu, Azərbaycanın seçki sistemi Almaniyanın seçki sistemindən fərqlənmir. Bizdə olduğu kimi, vətəndaşlar deputat görmək istədiyi namizədə səs vermək üçün məntəqələrə gəlirdilər.”
URL / WWW
http://kelam.az/article/a-2459.html