Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Ümummilli-vahid ideya uğrunda…
03.12.10 16:59

Müasir dövrdə diaspor quruculuğu, lobbiçilik anlayışı beynəlxalq münasibətlər kontekstinin vacib elementinə çevrilməkdədir. Hər bir ölkənin beynəlxalq aləmdə təbliği, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin mühüm rolu var və bu məsələlərdə Azərbaycan da istisna deyil. Xalqımız tarix boyu milli birlik və həmrəylik arzuları ilə yaşamışdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra soydaşlarımızın milli birlik, azərbaycançılıq ideaları ətrafında sıx birləşməsi prosesi daha da sürətlənmişdir. Dünya azərbaycanlılarının təşkilatlanması, onların həmrəyliyinin güclənməsində ümummilli lider Heydər Əliyevin mühüm rolu olmuşdur. Heydər Əliyev dünyada yaşayan azərbaycanlıların milli birlik və həmrəylik hisslərinin güclənməsi, onların ümummilli ideyalar, Azərbaycan dövlətçiliyi ətrafında birləşməsi üçün məqsədyönlü fəaliyyət göstərmiş, müxtəlif xarici ölkələrə etdiyi səfərlərdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır.  O, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, 1991-ci il dekabrın 16-da ilk dəfə rəsmi olaraq, 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik və milli birlik günü elan etmiş, sonrakı illərdə isə Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının milli bayramına çevrilməsi üçün xüsusi səy göstərmişdir.
2001-ci il noyabrın 9-10-da Bakıda  Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi və Azərbaycan rəhbərliyinin sonrakı məqsədyönlü siyasəti müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına, Vətənlə əlaqələrinin möhkəmlənməsinə gətirib çıxarmışdır. Bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur.
Azərbaycan Prezidentinin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (XÖYAİDK) yaradılmış, 2002-ci il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edilmişdir.
Prezident İlham Əliyevin  2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə XOYADİK-in  əsasında Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) yaradılmışdır.
Dövlət orqanının yaradılması və müvafiq qanunun qəbulu azərbaycanlıların milli birlik və təşkilatlanma  prosesini daha da sürətləndirmiş, soydaşlarımızın öz tarixi Vətəni ilə əlaqələrinin genişləndirilməsini təmin etmiş, ölkəmizin tarixi və müasir həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına stimul vermişdir.
Görülən tədbirlər nəticəsində  milli-mənəvi və ümumbəşəri dəyərləri üzvi şəkildə birləşdirən, Azərbaycan xalqına və dövlətinə bağlılıq hissinə əsaslanan azərbaycançılıq ideyası bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılmışdır. Dünya azərbaycanlılarının  həmrəyliyinin məzmunca zənginləşdirilməsi, təşkilati-hüquqi əsaslarının təkmilləşdirilməsi üçün çox iş görülmüşdür.  Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuşudur.
Əvvəlki dövrlərlə müqayisədə bu gün diasporlarımız  xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin onların geniş imkanlara malik potensiallarından milli maraqlar naminə maksimum səviyyədə yararlanmaq lazımdır. Fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan diasporası geniş təsir imkanlarına malikdir. Diasporumuz artıq formalaşma dövrünü başa vuraraq təcrübi fəaliyyətə başlayıb. Onların işi artıq praktiki müstəviyə - müdafiədən hücuma keçib. Diaspor Azərbaycan dövlətinin onları dəstəkləyini bilir və ona görə də daha qətiyyətli fəaliyyət göstərir.  Dövlətimizin artan imkanları diaspor quruculuğunu möhkəmlədirir Son illər ölkəmizin günü-gündən inkişaf etməsi müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı daha da ruhlandırır, onların müstəqil dövlətimizə inamını, milli hisslərini, gələcəyə ümidlərini artırır və Azərbaycançılıq, həmrəylik, milli təəssübkeşlik ideyaları ətrafında sıx birləşmələri üçün zəmin yaradır. İndi dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən 400-dən artıq diasporumuzla əlaqələrin yüksək səviyyədə qurulması  dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev qeyd edir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xaricdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmləndirilməsi, mədəni irsimizin qorunması və təbliği, digər xalqların diasporları ilə hərtərəfli əlaqələrin inkişafı, Türk dünyasının birliyi istiqamətində fəaliyyətin intensivləşməsi, virtual dünyanın sərhədsiz imkanlarından səmərəli istifadə edilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. O hesab edir ki, qloballaşan dünyada dövlətlərin xarici siyasət və diplomatiya sahəsində qazandığı nailiyyətlər bir sıra meyarlarla yanaşı, həm də onun xaricdə formalaşdırdığı diasporun potensial imkanları ilə ölçülür. Azərbaycan dövləti də məhz bu reallıqdan çıxış edərək, müxtəlif səbəblərdən xarici dövlətlərdə yaşamağa məhkum olunmuş soydaşlarımızın Ana Vətənlə əlaqələrıni genişləndirmək, onların milli-mənəvi birliyinə nail olmaq üçün ardıcıl və sistemli tədbirlər həyata keçirir. Son illər diaspor quruculuğu sahəsində gerçəkləşdirilən vahid dövlət siyasətinin prioritet məqsədi xaricdə yaşayan soydaşlarımızda milli özünüdərki gücləndirmək və onları milli mənafelər naminə səfərbər etməkdir.
İndi Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların siyasi istinadgahı kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak etməyi özünün ali məqsədlərindən biri kimi dəyərləndirir. Azərbaycan dövlətinin diqqət yetirdiyi digər bir mühüm istiqamət soydaşlarımız arasında mənəvi-ideoloji birliyin yaradılmasından, icmalar arasında əlaqələrin möhkəmləndirilməsindən və bu sahədə mövcud siyasi, psixoloji maneələrin aradan qaldırılmasından ibarətdir. Diasporlarımızı təkcə dövlət deyil, xaricdəki iş adamları da dəstəkləməlidir Etiraf edək ki, ziyalıların, iş adamlarının, siyasətçilərin diaspor işinə cəlb edilməsi  bu gün problemli məsələlərdəndir. Diasporun gücü onun intellektual üzvlərinin sayı və maliyyə imkanları ilə ölçülür. Bu mühüm amilllər diasporun formalaşmasında və inkişafında həlledici rol oynayır. Bu gün Azərbaycan diaspor təşkilatlarında sanballı, yaşadığı ölkədə müəyyən nüfuza malik ziyalılar və iş adamları var, ancaq xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, biznesmenlər, ziyalılar, siyasi xadimlər diaspor işinə o qədər də böyük maraq göstərmir, diaspor quruculuğu işində fəal iştirak etmirlər. Ancaq buna baxmayaraq, DİDK xaricdə yaşayan hər bir azərbaycanlı ziyalıya, siyasətçiyə, iş adamına  xüsusi həssaslıqla yanaşır, onları Vətənimizin tarixi maraqlarının qorunması işinə cəlb etməyə çalışır. Əlbəttə, bu işdə təkcə dövlətin diqqətinə arxalanmaq doğru olmazdı, eyni zamanda xaricdəki imkanlı soydaşlarımız da dispor quruculuğuna öz dəstəyini əsirgəməməlidir. Başqa bir vacib məqam isə diaspor təşkilatları arasında münasibətlərin sağlam rəqabət prinsipinə əsaslanmasıdır. Çünki Azərbaycanın beynəlxalq aləmdə təbliği, ölkəmiz haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması diaspor təşkilatlarının birliyindən və həmrəyliyindən çox asılıdır.
Xaricdəki həmvətənlərimizin cəmiyyətə inteqrasiyası da vacib məqamlardandır.  Elə həmvətənlərimiz var ki, onlar yaşadıqları ölkələrin dövlət dilini ya bilmir, ya da çox aşağı səviyyədə mənimsəyiblər. Bu isə ünsiyyətdə problemlər yaradır, soydaşlarımızın yaşadıqları cəmiyyətlərə inteqrasiyasına mane olur. Təbii ki, yaşadığı ölkənin dilini bilməyən orada  öz xalqının, Vətənin həqiqətlərini də  təbliğ edə bilməz. Diasporumuzun fəaliyyəti və qarşıdakı vəzifələr Xaricdə yaşayan azərbaycanlılar həmişə olduğu kimi bu gün də fəal şəkildə erməni təbliğatının məkrli və təxribatçı planlarını vaxtında ifşa edir, onların tariximizi və mədəni irsimizi saxtalaşdırmaq, dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinin qarşısını daha  qətiyyətlə alırlar. Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir, ölkələrin ictimai-siyasi həyatına onların təsiri getdikcə daha artıq hiss olunur. Hazırda dünya azərbaycanlılarının həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, onların ümummilli ideyalar ətrafında sıx birləşməsi üçün daha əlverişli şərait yaranmışdır. Ədalət naminə deyə bilərik ki,  diasporamız artıq müasir iş üslubları ilə çalışmağa başlayıb. Ancaq heç də görülən işlərlə kifayətlənməməliyik. Konkret bir dövrlə məhdudlaşmayan, strateji əhəmiyyətə malik, daimi zəhmət tələb edən və uzunmüddətli proses olan diaspor quruculuğu işində fəallıq artırılmalıdır.
Hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, cəmiyyətinin problemləri ilə yaşamalı, onların həlli üçün mənəvi məsuliyyət hiss etməlidir. Azərbaycanlı icmaların yaşadıqları ölkələrin KİV-ləri ilə əlaqələri gücləndirilməli, xaricdə təşkil edilən kütləvi-mədəni tədbirlərin sayı artırılmalıdır. Azərbaycana dost münasibətdə olan icmalar, ayrı-ayrı dövlət, elm və mədəniyyət adamları, ictimai təşkilatların nümayəndələri ilə əlaqələr yeni səviyyəyə qaldırılmalı, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycanın maraqlarının ayrı-ayrı ölkələrdə və beynəlxalq qurumlarda müdafiəsi üçün bu əlaqələrdən bacarıqla istifadə edilməlidir.
Eyni zamanda, soydaşlarımızın Azərbaycanın iqtisadi və ictimai-mədəni həyatında real iştirakı təmin edilməli, məskunlaşdıqları ölkələrlə tarixi Vətən arasında əlaqə və münasibətlərin möhkəmləndirilməsində onların rolu artırılmalıdır.
İnanırıq ki, dünya azərbaycanlılarının həmrəyliyi, vahid amal, tarixi Vətən ətrafında birlik, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafını, Azərbaycan xalqının siyasi-iqtisadi və mədəni tərəqqisini təmin edən əsas amilə çevriləcək. Odur ki, həmrəy olaq, birgə mübarizə aparaq!


Atif EYVAZOV
URL / WWW
http://kelam.az/article/a-2455.html