Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Deputatların sayı neçə olmalıdır?
03.12.10 16:59

Azərbaycan öz yeni tarixinin çox vacib dövrünə daxil olur. Ölkə 4-cü çağırış (mən buna 4-cü dövrə deyərdim) parlament seçkiləri ərəfəsindədir. Yəqin ki, vətəndaşlarımızın bu prosesə diqqəti  böyükdür. Bunu nəzərə alaraq,  Azərbaycan üçün “deputatların sayı neçə olmalıdır?” sualı ilə bağlı öz subyektiv fikrimi əzəz oxuculara təqdim edirəm. Bu fikirlər “Düşüncə Tərzi” (Bakı-2008)  kitabımın  161- ci  səhifəsindəndir: “Bu sualı mən dəfələrlə eşitmişəm və  mən özüm də cox adamlara bu sualı vermişəm. Bu say təqribən Azərbayçan boyda olan Bolqarıstan, Macarıstan kimi ölkələrdə necədir?- sualına cavab axtarmışam. Fəlsəfi baxımdan parlament xalqın hakimiyyətdə təmsilçiliyidir. Hökumətin xərclədiyi büdcə əsasən xalqdan yığılan vergilər hesabına təşkil olunur. Ona görə bu büdcənin il ərzində xərclənməsinə, digər vacib və cari məsələlərin həlli ücün vəsaitin ayrılmasına, xalq parlamentə göndərdiyi təmsilciləri vasitəsilə nəzarət edir. Digər tərəfdən, deputat korpusu dövlətin inkişafını təmin edən, xalqın güzəranını yaxşılaşdıran qanunlar qəbul etməlidir. Bu qanunların qayəsində dövlət mənafeyi, şəxsi mənafelərdən qəlbidə durmalıdır. Burada Fransa parlamentinin deputatı Viktor Hüqonun 1848-ci ildə Fransa parlamentində cıxışından bir parcanı oxucuların diqqətinə catdırıram: "...Ədəbiyyatın, incəsənətin və elmin zəifləməsi hesabına təklif olunan hər cür qənaətin əleyhinə səs verəcəyəm. Siz pula qənaət etmək istədiyiniz halda, şərəf və ləyaqətinizə qənaət etmiş olursunuz və təəssüf ki, özünüzə qarşı kin və nifrət yaratmışsınız. Fransanın şərəfi naminə, respublikanın qüdrəti naminə mən bu təklifi rədd edirəm!"  Şərhə ehtiyac yoxdur. V. Hüqo respublikanın şərəfini, Fransanın şərəfini digər mənafelərdən üstün tuturdu. 
Deputatların sayı elə olmalıdır ki, onlar qanunveriçilik qarşısında duran problemləri uğurla həll edə bilsinlər. Sonradan düzəlişlərə ehtiyacı olan qanun və qərarlar qəbul etməsinlər. Azərbaycan ücün bu say neçə olmalıdır: 125; 175; 250, yoxsa 500 nəfər?
Bu suala cavab vermək ücün başlanğıc nöqtə olaraq nəyi götürmək lazımdır?
Mənim subyektiv düşüncəmə görə, bu say cəmiyyətin yetkinlik dərəcəsindən asılıdır və çəmiyyətin yetkinlik dərəcəsi artdıqca bu say azala bilər.
Ona görə cəmiyyətin yetkinlik dərəcəsinin müəyyən edilməsi bu iş ücün cox vacibdir.
Deməli, əvvəlinci suallara cavab vermək ücün axırıncı məsələni həll etmək lazımdır.
Bu problemi riyaziyyatdan məlum olan ardıcıl yaxınlaşma metodu ilə də həll etmək olar. Nəzəri olaraq, əvvəlcə belə bir suala cavab verək:
Bizdə 100.000 nəfər əhalini öz ardınca aparan və milli mənafeni düşünən necə nəfər olar? Başqa sözlə, Ziya Bünyadov, Xəlil Rza Ulutürk kimi ictimai-siyasi proseslərdə aktiv olan 8000000:100000=80 nəfər vətəndaşımız varmı? Əgər varsa, nativlik xətrinə bu 80 nəfərlik toplumdan 40 nəfərlik bir parlament formalaşdırmaq olardı. Güman etmək olardı ki, 40 belə şəxsiyyətdən təşkil olunmuş parlament, qarşısında duran problemləri həll edə bilər. Yox, əgər yoxdursa, onda belə bir suala cavab verək: Bizim, ictimai-siyasi proseslərdə aktivi olan, 20 000 əhalini öz ardınca apara bilən 400 (8000 000 :20 000) vətəndaşımız varmı? Əgər olsaydı, nativlik xətrinə 400 nəfərlik toplumdan 200 nəfərlik bir parlament formalaşdırmaq olardı. Əgər yoxdursa, onda başqa bir suala cavab verək: İctimai-siyasi proseslərdə aktiv olan, 10 000 əhalinin səsini ala bilən (8000 000 : 10 000)  800 nəfər vətəndaşımız varmı?  Əgər varsa onda nativliyi nəzərə almaqla belə toplumdan 400 nəfərlik bir parlament formalaşdırmaq olar. Əsas budur ki, çəmiyyətin intellektual səviyyəsi yüksək olduqda deputatların sayı az ola bilər və ya əksinə.
Beləliklə, deyilən mülahizələri və dünya praktikasını nəzərə almaqla, deputatların optimal sayını asanlıqla müəyyənləşdirmək olar. Dəqiq rəqəmi, qoy, oxuçu özü tapsın”.

* * *

“Bu fkirlərə əlavə etməyə ehtiyac varmı”  sualına cavab birmənalıdır: əlbəttə var. Ona görə ki, bu fikirlər bir neçə il bundan qabaq çap olunmuş kitabdan götürülmüşdür. Azərbaycan inkişaf edib dəyişdiyi kimi, fikirlər də inkişaf edib dəyişməlidir. Cəmiyyətin parlament şüurunun kamilləşməsi üçün çoxlu sayda suallara cavab vermək lazımdır. Əvvala, qeyd edim ki, TV debatları sosial təcrübə meydanına çevrilibdir. Tədqiqatçılar üçün çoxlu dəyərli materiallar var. Sosioloqlar, gənc tədqiqatçılar bu materialları araşdırıb dövlətimz və cəmiyyətimiz üçün dəyərli nəticələr əldə edə bilərlər.
İkincisi, bəzi fundamental suallara cavab vermək lazımdır. Misal üçün: “Parlament nəyə və ya kimə lazımdır; parlamentsiz ötüşmək olmazmı”  sualına belə cavab vermək olar. Parlament həm dövətə, həm də cəmiyyətə lazımdır. Zəif parlamentlə güclü dövləti qurmaq olmaz. Növbəti sual:

Deputat kim olmalıdır?

Fəlsəfi olaraq bu suala belə cavab vermək olar: Cinsindən, yaşından, milli mənsubiyyətindən, doğulduğu yerdən asılı olmayaraq deputat o kəs olmalıdır ki, o parlamentdə içərisindən keçdiyi bütün proseslərin idarə edən tərəfi ola bisin, yəni subyekti olsun. Bunun üçün onun intellektual səviyyəsi yüksək olmalıdır. Deputat dağın görünən yox, görünməyən tərəfini də görməyi bacaran ölkə vətəndaşı olmalıdır.
Deputatı xalq seçib MM göndərsə yaxşıdır,
yoxsa ağillı insanlar tərəfindən seçilib təyin edilsə?

Deputatı müəyyən  dairənin əhalisi seçib göndərsə yaxşıdır. Çünki yaşadığı ərazının problemlərini o daha yaxşı bilir. Bu problemləri yuxarıdan baxıb görmək çətindir. Misal üçün, bir lənkəranlı, qubalıların problemini qubalı qədər bilə bilməz. Deputat lokal dairədən seçilsə də, qlobal düşünməyi bacarmalıdır.
Deputat fəaliyyətinin
qayəsi nə olmalıdır?

Deputat ümumi mənafeni şəxsi mənafedən çox üstün tutmalıdır. O, heç zaman yaddan çıxarmamalıdır ki, onu “xalq seçib və xalq üçün seçib”. Belə olanda ancaq güclü dövlət qurmaq olar. Teledebatlarda qüsurlu düşüncə ilə qarşılaşdıq. Bəzi namizədlər seçicilərə xitabən deyirdi: “Siz mənə səs versəniz, sizin mənafenizi öz mənafeyim kimi qoruyacam”. Bu cür namizədlər deputatlıq kriteriyası kimi öz mənafesini götürür, seçicilərin mənafeyini onunla müqayisə edirlər. Bu, gerilik əlamətidir. O, Azərbaycanın mənafeyini, seçildiyi dairənin mənafeyi qədər uca tutmalıdır. Bununla bərabər, deputatın məvacibi lazımı qədər olmalıdır ki, o, dövlətinə minnətdar olsun, yoxsa hansısa səhə rəhbərinə və ya məmura yox.


Şahlar ƏSGƏROV
professor
URL / WWW
http://kelam.az/article/a-2454.html