Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “QHT-in yaradılmasına dair beynəlxalq standartlar” mövzusunda seminar keçirilir
03.12.10 03:59

Bu gün Bakıda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Bakı ofisi və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “QHT-in yaradılmasına dair beynəlxalq standartlar” mövzusunda iki günlük seminar keçirir. KƏLAMİNFO xəbər verir ki, seminarda çıxış edən QHT Şurasının icraçı direktoru Fərasət Qurbanov bildirib ki, təmsil etdiyi qurum və ATƏT-in Bakı ofisinin birgə təşkilatçılığı ilə regionlarda QHT-lərə dəstək üçün birgə təlim keçirəcək. Onun sözlərinə görə, təlimlərdə ümumilikdə 20-yə yaxın mütəxəssis iştirak edəcək. “Təlimlərdə iştirak edəcək mütəxəssislərin 10 nəfəri QHT Şursı, 10 nəfəri isə ATƏT-in Bakı ofisi tərəfindən seçilib. Biz bu seçimə böyük məsuliyyətlə yanaşmışıq. Çünki bu təlimi keçirəcək şəxslər QHT işini, onun fəlsəfəsini, mahiyyətini və inkişaf yolunu bilən olmalıdır. O üzdən də biz təlimçilərin əksər hissəsini Milli QHT Formunun potensialını yüksək qiymətləndirərək bu işə cəlb etdik”,-deyə F.Qurbanov qeyd edib. ATƏT-in Bakı ofisinin nümayəndəsi Fiorentina Azizi bildirib ki, təmsil etdiyi qurum Azərbaycanda QHT biliklərinin artırılmasına hər zaman dəstək verir. Onun sözlərinə görə, bu məqsədlə ATƏT-in Bakı ofisi QHT Şurası ilə birgə bu cür tədbirlər keçirir. ATƏT və Şura təlimçilərinin aparacağı seminarda birləşmək hüququnun əhatə dairəsinə aid beynəlxalq və milli qanunvericiliyin icmalı, birləşmək hüququnun təminatı sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, ictimai birliklərin formalaşdırılması nəzəriyyəsi, hüquqi şəxsin təsis edilməsi (ictimai birliklərin qeydə alınması), qrantların qeydiyyatı və hesabatların təqdim olunması, eləcə də ictimaiyyətlə əlaqələrin qurulması və təlimçilərin təlimi üzrə metodologiyanın öyrənilməsi məsələləri müzakirələ edilir. Xatırladaq ki, seminar sabah da öz işini davam etdirəcək.
URL / WWW
http://kelam.az/article/a-2448.html