Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Dövlət Film Fonduna son bir ildə 72 film daxil olub
03.12.10 03:57

Son iki ildə Dövlət Film Fonduna (DFF) müxtəlif şəxsi fondlar üzrə 497 arxiv sənədi daxil olub. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində DFF-nin sədri Cəmil Quliyev bildirib. C.Quliyevin sözlərinə görə, daxil olan arxiv sənədləri Azərbaycan mədəniyyət tarixində iz qoymuş ayrı-ayrı şəxsiyyətlərin adına açılmış fondlar üzrə yerləşdirilib. “Bunlar bilavasitə həmin insanlara aid sənədlərdir. Bu “Mikayıl Mikayılov Fondu” 32 sənəd, “Səməd Mərdanov Fondu” 52 sənəd, “Əkbər Fərzəliyev Fondu” 36 sənəd, “Arzu Bağırov Fondu” 31 sənəd, “Eldar Mansurov Fondu” 42 sənəd, “Atamoğlan Rzayev Fondu” 10 sənəd, “Məlik Dadaşov Fondu” 190 sənəd, “Tahir Salahov Fondu” 26 sənəd, “Süleyman Ələsgərov Fondu” 38 sənəd və “Xan Babayev Fondu” 40 sənəddən ibarət olan arxivlərdir”,-deyə Fondun sədri bildirib. C.Quliyev həmçinin qeyd edib ki, son bir il ərzində 72 saxlama vahidi həcmində filmlər daxil olub. “Bunlardan 22-i kaset şəklində, 50-i isə divikam şəklində daxil olub”,-deyə sədr vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2446.html