Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan kimlərinsə maraqlarının mübarizə mərkəzi ola bilməz
03.12.10 03:56

Son proseslər bizi bu qənaətə gəlməyə vadar edir ki, Azərbaycanın qonşu ölkələrlə mehriban münasibətləri bəzi qüvvələrə sərf etmir. KƏLAMİNFO xəbər verir ki, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. Onun sözlərinə görə, bu gün Türkiyə ilə Azərbaycan və Azərbaycanla İran arasındakı münasibətlər kimlərəsə sərf etmir. “Bir çoxları istəyir ki, Azərbaycan onların İrana basqısında bir meydan olsun. Burdan İranı bombalasınlar. Məgər İranı bombalamaq üçün Amerikanın başqa imkanları yoxdur? Nəyə görə Azərbaycan və İran xalqları üz-üzə qoyulmalıdır? İranda bu gün 30 milyona yaxın azərbaycanlı yaşayır. Onların taleyi bizi bu gün şox düşündürür”,-deyə Ə.Həsənov vurğulayıb. Ə.Həsənovun sözlərinə görə, Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətə görə, Azərbaycan qonşu xalqların dostluq, iqtisadi yarış mərkəzi ola bilər: “Sözün yaxşı mənasında, rəqabət mərkəzi ola bilər, ancaq Azərbaycan qarşıdurma mərkəzi ola bilməz. Azərbaycan kimlərinsə maraqlarının mübarizə mərkəzi ola bilməz.”
URL / WWW
http://kelam.az/article/a-2443.html