Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Türkiyə prezidenti Abdullah Güllə görüşüb
02.12.10 02:37

Bu gün Astanada Azərbaycan prezidenti İlham Əliyevlə Niderlandın Baş naziri Mark Ruttenin görüşü olub. KƏLAMİNFO xəbər verir ki, görüşdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib, bu istiqamətdə müəyyən addımların atılmasına ehtiyac olduğu vurğulanıb. Bildirilib ki, səfirliklərin açılması ölkələrimiz arasında əməkdaşlığa töhfə verir.Görüşdə Azərbaycan ilə Niderland arasında əməkdaşlığın Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından əhəmiyyəti vurğulanıb. Bu gün Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Abdullah Gülün görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Türkiyə prezidenti dövlət başçısını parlament seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.Bu gün prezident İlham Əliyev həmçinin Yunanıstanın Baş naziri George Papandreu arasında da görüş olub. Azərbaycanla Yunanıstan arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimizin müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunulub. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışıb.
URL / WWW
http://kelam.az/article/a-2441.html