Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Avstraliyanın xarici işlər naziri Kevin Ruddla görüşüb
01.12.10 19:37

Bu gün Astanada Azərbaycan prezidenti İlham Əliyev Avstraliyanın xarici işlər naziri Kevin Ruddun görüşü olub. KƏLAMİNFO xəbər verir ki, K.Rudd ölkəsinin Azərbaycan ilə həm ikitərəfli, həm də təhlükəsizlik, ekologiya və qlobal məsələlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyib. O, Avstraliyada Azərbaycan icmasının olduğunu bildirib. Prezident İlham Əliyev deyib ki, Azərbaycan Avstraliya ilə əməkdaşlığı inkişaf etdirə bilər. Azərbaycanın son illər bütün sahələrdəki inkişafından danışan dövlət başçısı qeyd edib ki, Avstraliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün hər cür şərait var. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunulub. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışıb.
URL / WWW
http://kelam.az/article/a-2440.html