Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Elman Rüstəmov: “Azərbaycanda ipoteka kreditləşməsi sərtləşdirilmir”
01.12.10 19:37

Azərbaycanda gələn il də ipoteka kreditləşməsi davam etdiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. O, qeyd edib ki, ipoteka kreditləşməsi sərtləşdirilmir, sadəcə onun şərtləri dəqiqləşdirilir. “İpoteka kreditlərini ölkə əhalisinin iqtisadi fəal hissəsi almalıdır. Azərbaycan Mərkəzi Bankı ipoteka kreditləşməsinin tənzimlənməsi mexanizmi barədə düşünür və proses çərçivəsində ipoteka kreditləşməsinin şərtlərinin sərtləşdirilməsi nəzərdə tutulmur. Biz çalışırıq ki, ipoteka kreditlərindən istifadə edənlərin sayında daha çox artım müşahidə olunsun”-deyə Mərkəzi Bankın sədri vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2438.html