Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Geologiya İnstitutu CTBTO-nun dünya şəbəkəsi ilə təcrübə və məlumat mübadiləsini genişləndirir
01.12.10 19:37

AMEA Geologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BMT-nin Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzi dünyadakı bütün Milli Məlumat Mərkəzləri ilə təcrübə və məlumat mübadiləsi aparmaq imkanını genişləndirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Geologiya İnstitutundan veriblər. Bu məqsədlə beynəlxalq təşkilat institutun alimlərinə şəbəkədaxili məlumatlardan tam istifadə hüququnu verib. Belə ki, dünyada baş verən və CTBTO tərəfindən qeydə alınan seysmik hadisələr Azərbaycan Milli Məlumat Mərkəzində müşahidə olunacaq və digər mərkəzlərlə araşdırılıb təhlil ediləcək. Bu məsələ İspaniyanın paytaxtı Madriddə keçirilmiş “Şərqi Avropa ölkələrindəki Milli Məlumat Mərkəzlərinin texniki heyətləri üçün ətraflı təlim/potensialın gücləndirilməsi kursu (dalğaların texnologiyası üzrə)” adlı toplantıda müzakirə edilərək təsdiq olunub. Avropanın 12 ölkəsinin iştirak etdiyi tədbirdə respublikamızı CTBTO-nun Azərbaycan Milli Məlumat Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü professor Fəxrəddin Qədirov və müdir müavini, geologiya-mineralogiya elmləri namizədi Qulam Babayev təmsil ejiblər. F.Qədirov hesab edir ki, CTBTO-nun dünya şəbəkəsi ilə bu cür əməkdaşlıq, o cümlədən təcrübə və məlumat mübadiləsi Azərbaycanda seysmologiya elminin inkişafına və nüvə sınaqlarının hərtərəfli qadağan olunması prosesində ölkəmizin daha uğurlu iştirakına xidmət edəcək.
URL / WWW
http://kelam.az/article/a-2437.html