Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Aparatında Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan tədbir keçirildi
02.12.10 02:35

Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODS) birgə təşkilatçılığı ilə Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, Ombudsman Aparatında təşkil edilən tədbirdə bir sıra millət vəkilləri, Ədliyyə, Səhiyyə nazirlikləri və QHT-lərin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova sözügedən problem və onun törətdiyi fəsadlardan danışıb. O, qonaqlara cəmiyyət arasında yayılan bu problemlərin həlli istiqamətində birgə mübarizənin vaciblinyi vurğulayıb. E.Süleymanova əlavə edib ki, həmin xəstəliyə düçar olan şəxslərə qarşı ayrı-seçkilik, diskirminasiya hallarına yol verilməməsi üçün müvafiq qanun qəbul edilib. O, bu xəstəliyin ümumilikdə cəmiyyətin problemi olduğunu diqqətə çatdırıb. Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova qeyd edib ki, son 10 ildə dünyada bu xəstəliyə yoluxanların və bu xəstəlikdən dünyasını dəyişənlərin sayı 20 faiz azalıb. Azərbaycanda isə son illərdə bu xəstəliyə yoluxma halarında stabillşəmə və azalmanın müşahidə edildiyini diqqətə çatdıran H.Qədirova bildirib ki, hazırda ölkəmizdə bu xəstəliyə yolxanların sayı 2600-dən artıqdır. Bu xəstəliyə qarşı rəhbərlik etdiyi mərkəz tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini vurğulayan H.Qədirova bu xəstəliyə yoluxan şəxslərin çoxluq təşkil etdiyi yerlərin adını da açıqlayıb. O bildirib ki, bu xəstəlik əsasən Abşeron, Bakı, Şirvan, Hacıqabul və Lənkəranda geniş yayılıb. H.Qədirova açıqlayıb ki, bu xəstəlik əsasən narkotikadan istifadə, cinsi yolla və digər vasitələrlə yayılır. Sözügedən poblemin uşaqların həyatı üçün də çətinliklər yaratdığını diqqətə çatdıran mərkəz rəhbəri qeyd edib ki, hazırda ölkədə 1039 ailə bu xəstəlikdən əziyyət çəkir, 273 uşaq yetim qalıb. H.Qədirova Azərbaycanda bu xəstəliyə qarşı mübarizə tədbirlərinin BMT-nin qəbul etdiyi müvafiq Deklarasiyaya uyğun həyata keçirildiyini də qeyd edib. UNODS-un layihə rəhbəri Arzu Quliyeva isə bildirib ki, dünyada bu xəstəliyə yoluxanların sayı 250 mln-dur. O, bu xəstəliyə qarşı mübarizə ilə bağlı bir sıra təkliflər səsləndirdi və qeyd etdi ki, bu xəstəliklə mübarizə dəlillər və elmi əsaslarla aparılmalıdır. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bu problemlə mübarizə ilə bağlı qəbul edilən müvafiq qanun və onun icra mexanizmlərindən bəhs edib.
URL / WWW
http://kelam.az/article/a-2433.html