Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » MEK direktoru A.Əliyeva-Kəngərli İranda səfərdə olub
02.12.10 02:34

Bu günlərdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Aybəniz Əliyeva-Kəngərli respublikamızın bir sıra mədəniyyət qurumlarının əməkdaşları ilə birgə İranda səfərdə olub. MEK-dən KƏLAMİNFO-ya verilən məlumata görə, Azərbaycanın Təbrizdəki Konsulluğunun təşkilati dəstəyi ilə gerçəkləşən səfərdə əsas məqsədlərdən biri kitabxananın xeyli müddətdir həyata keçirdiyi ümummilli lider Heydər Əliyev irsinin təbliği mövzusunda daha bir tədbirin keçirilməsi olub. Səfər çərçivəsində konsulluqda MEK tərəfindən hazırlanaraq nəşr etdirilən “Heydər Əliyev və Azərbaycan elmi” adlı kitabın təqdimat mərasimi keçirilib. Səfər zamanı Kitabxananın direktoru və nümayəndə heyətinin digər üzvləri Təbriz Mərkəzi Kitabxanasına baş çəkib, kitabxananın strukturu, fəaliyyəti, iş prinsipi ilə yaxından tanış olublar. Burada hər iki kitabxana arasında aparılan kitab mübadiləsini və əməkdaşlığı daha da inkişaf etdirmək üçün müəyyən məsələlər müzakirə edilib. A.Əliyeva-Kəngərli MEK tərəfindən çap olunan və özünün də müəllifi olduğu “Azərbaycan folkloru və kitab mədəniyyəti”, “Müasir Azərbaycanda elmin informasiya təminatı və kitabxanalar”, “Müstəqilliyə gedən yol: Azərbaycan Xalq Cümhuriyyəti” adlı kitabları Təbriz Mərkəzi Kitabxanasına hədiyyə edib. Təbriz Mərkəzi Kitabxanası tərəfindən də bir neçə kitab, o cümlədən “Molla Nəsrəddin Təbrizdə” adlı kitab MEK-in direktoruna təqdim edilib.
URL / WWW
http://kelam.az/article/a-2431.html