Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda Əmanət Sığortaçılarının Avrasiya Regional Komitəsinin seminarı keçirilir
30.11.10 19:02

Bakıda keçirilən Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (İADİ) Avrasiya Regional Komitəsinin seminarı öz işini davam etdirir. KƏLAMİNFO xəbər verir ki, seminar “Maliyyə sisteminin stabilləşdirilməsində əmanətlərin sığortlanması sistemlərinin rolu” mövzusuna həsr edilib. Seminarda Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan əmanətlərin sığortalanması təşkilatlarının nümayəndələri iştirak edirlər.Seminarda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov və Mərkəzi Bankın Hüquq Departamentinin direktoru Rəna Məlikova böhran zamanı əmanətlərin sığortalanması sistemlərinin inkişafı, sığorta ehtiyatlarının yaranma mənbələri və aktivlərin idarəedilməsi, sığortalanmış əmanətlərin ödənişi, ləğvetmə prosesində əmanətlərin sığortalanması sistemlərinin rolu və əhalinin məlumatlandırılması işinin təşkili mövzularında çıxış ediblər. Qeyd edək ki, tədbirdə Ukrayna Fiziki Şəxslərin Əmanətlərinin Sığortalanması Fondunun sədri Pasiçnik Vasiliy, Rusiya Əmanətlərin Sığortalanması Agentliyinin Əmanətlərinin Sığortalanmasının təşkili Departamentinin direktoru Aleksey Abramov, Rusiya Əmanətlərin Sığortalanması Agentliyinin Bankların Ləğv edilməsi Departamentinin direktoru Mariya Filatova, Qazaxıstan Əmanətlərin Sığortalanması Fondunun sədrinin müavini Şenol Zindayevna, Qazaxıstan Əmanətlərin Sığortalanması Fondunun Problemli Banklarla iş üzrə şöbənin müdiri Əskər Tokseyitov, Qazaxıstan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Aliya Kanayeva iştirak ediblər. Xatırladaq ki, seminar dünən öz işinə başlayıb, bu gün tədbir başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-2430.html