Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səfir İlqar Muxtarov etimadnaməsini Kosta Rikanın prezidenti Laura Çinçiya Mirandaya təqdim edib
30.11.10 19:02

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Kosta Rika Respublikasında səfir təyin edilməsi barədə etimadnamələrini Kosta Rikanın prezidenti Laura Çinçiya Miranda (Laura Chinchilla Miranda) və Xarici İşlər və Dini məsələlər Naziri Rene Kastro Salasara (René Castro Salazar) təqdim edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Meksikadakı səfirliyimizdən veriblər. Keçirilmiş görüşlər zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin, o cümlədən təhsil, mədəniyyət, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.Prezident Laura Çinçiya ilə görüş zamanı, səfir İ.Muxtarov Azərbaycan prezidenti İlham Əliyevin öz həmkarına olan salamlarını çatdırıb və Azərbaycanın Kosta Rikadakı ilk səfiri vəzifəsində çalışacağı müddətdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün mümkün olduğu qədər səy göstərəcəyini bildirib. Görüşlər əsnasında, səfir İ.Muxtarov Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsinə toxunaraq, işğal edilmiş ərazilər və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi barədə qarşı tərəfə məlumat verib. Səfir İ.Muxtarov bildirib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə hörmətlə yanaşır və eyni zamanda, Azərbaycana münasibətdə də beynəlxalq ictimaiyyət tərəfindən müvafiq prinsipal mövqeyin nümayiş etdirilməsini vacib hesab edir. Prezident Laura Çinçiya, öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və ölkəmizin münaqişə ilə əlaqədar mövqeyini dəstəklədiyini bildirib. Səfir İ.Muxtarov Kosta Rikaya səfəri çərçivəsində, həmçinin Kosta Rikanın Diplomatiya İnstitutunun Direktoru Xose Xakin Çaverri Sievert ilə görüşüb. Görüş zamanı, iki ölkənin diplomatik təhsil ocaqları arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
URL / WWW
http://kelam.az/article/a-2429.html