Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dövlət Miqrasiya Xidməti işçi axtarır
01.12.10 02:01

Azərbaycanın Dövlət Miqrasiya Xidməti (DMX) miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar müsabiqə edan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DMX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən veriblər. Müsabiqə DMX-nin Aparatında, DMX-nin strukturuna daxil olan qurumlar - Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi, Şirvan regional miqrasiya idarəsi, Yevlax regional miqrasiya idarəsi, Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi, Lənkəran regional miqrasiya idarəsi, Xaçmaz regional miqrasiya idarəsində və Tibb müəssisəsində işləmək istəyən Azərbaycan vətəndaşları üçün elan edilib. Müsabiqədə xarici dil biliklərinə malik olan vətəndaşlara üstünlük verilir.Müsabiqəyə sənədlərin qəbulu müvafiq ərizə formasında 1 dekabr 2010-cu il tarixdən 30 dekabr 2010-cu il tarixədək aparılır. İştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində müvafiq ərizə formasını doldurmalı və qanunvericilikdə nəzərdə tutulan digər sənədləri DMX Aparatının inzibati binasına (Bakı şəhəri, Binəqədi rayonu, 2123-cü məhəllə, Binəqədi şossesi 202, Əlaqə telefonu: (012) 562 53 01) təqdim etməlidirlər. Əlavə məlumatı DMX-nin rəsmi internet səhifəsində (www.migration.gov.az) müvafiq bölmədən əldə etmək olar.
URL / WWW
http://kelam.az/article/a-2427.html