Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ-ın dövlət katibi H.Klinton WikiLeaks internet saytının yaydığı sənədlərlə bağlı Türkiyədən üzr istəyib
30.11.10 19:01

ABŞ-ın dövlət katibi Hillari Klinton WikiLeaks internet saytının yaydığı sənədlərlə bağlı Türkiyədən üzr istəyib. KƏLAMİNFO xəbər verir ki, üzürünü Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşündə ifadə edən H.Klinton, 250 min gizli sənədin nəşr olunmasını qınayıb və ABŞ-ın gizli olması lazım olan məlumatların açıqlanmasından dərin kədər duyduqlarını qeyd edib. Görüşmə sonrası təşkil etdiyi yığıncaqda Ə.Davutoğlu bildirib ki, Türkiyədən, hökumətimizdən üzr istənildi: "H.Klinton diplomatların analizlərinin rəhbərliklərinin siyasi iradəsini və yanaşmasını hər vaxt təyin etmə nöqtəsində mütləq olmadığını vurğuladı. Gərək daha əvvəlki Amerikan xarici işlər nazirlərinin, xüsusilə özünün bizimlə əlaqələri gərəksə, Obamanın Baş nazirimiz və ölkə başçısımızla əlaqələri və siyasi səviyyədə əlaqələr məzmununda mütləq hörmət əsaslarında və Türk xarici siyasətinin təməl qanunları çərçivəsində, Türk xarici siyasətini təqdirlə izlədiklərini vurğulayaraq, bu xüsuslara dözdüyünü ifadə etdi. Bu cür hesabatların siyasi liderlərin tutumlarını əks etdirməyəcəyini ifadə etdilə.r" Ə.Davutoğlu əlavə edib ki, sənədlərin ortaya çıxması Türk xarici siyasətinin təməl qanunlarında bir dəyişiklik etməyəcəyi kimi, türk-Amerikan əlaqələrinə baxışımızda da bir dəyişikliyə səbəb olmaz. Onun sözlərinə görə, biz başqa ölkələrin diplomatları üzərindən siyasət, onların etdiyi analizlər, şərhləri üzərindən xarici siyasət icra etmərik. H.Klinton da görüşmə əvvəli sualları cavablarkən, Türkiyə ilə ABŞ-ın dünyadakı ən əhəmiyyətli ikili əlaqələrdən birinə sahib olduqlarını bildirib: "Bu əlaqəni gücləndirməyə və dərinləşdirməyi davam etdirməyə çox qərarlıyıq". Xatırladaq ki, Ağ Ev sözçüsü Robert Gibbs, gizli sənədləri nəşr edən WikiLeaksın və sənədləri sızdıran kəslərin "günahkar" olduqlarını və bu vəziyyətin qanunların pozuntusu mənasını verdiyini açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-2426.html