Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyinin “qaynar-xətt” xidmətinə 900-ə yaxın müraciət daxil olub
01.12.10 02:59

Noyabr ayı ərzində Təhsil Nazirliyinin “qaynar-xətt” xidmətinə 900-ə yaxın müraciət daxil olub. Bu barədə KƏLAMİNFO-a müsahibəsində “qaynar-xətt” xidmətinin koordinatoru, Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Ənvər İmanov məlumat verib. Ə.İmanov bildirib ki, müraciətlər əsasən sorğu xarakterli olub. Onun sözlərinə görə, müracitələr arasında ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiqi, müəllimlərin dərs saatının az olması, müəllimlərin işə qəbulu, 9-11-ci siniflərdə mərkəzləşdirilmiş qaydada test imtahanlarının keçirilməsi, məktəblərə şagirdlərin hicabla gəlməsi ilə bağlı məsələr var. Ə.İmanov bildirib ki, bütün sorğular operativ olaraq cavblandırılıb, az sayda olan şikayətlər isə araşdırılması üçün Təhsil Nazirliyinə göndərilib. Ə.İmanov “qaynar-xətt” xidmətinə hicabla bağlı daxil olan müraciətələrin çox israr və təkidlə edildiyini söyləyib və bildirib ki, müraciət edən şəxslərə müvafiq cavablar verilib.
URL / WWW
http://kelam.az/article/a-2424.html