Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Millət vəkili: “Bu gün Azərbaycanın radikal deyil, konstruktiv müxalifətə ehtiyacı var”
30.11.10 18:59

Bu gün Azərbaycan cəmiyyəti xeyli inkişaf edib və artıq 90-cı illərin əvvəllərindəki kimi deyil ki, onun parlamentində daim radikal müxalifət iştirak etsin. Son seçkilərin nəticələri də göstərdi ki, insanlar daha onları Milli Məclisdə görmək istəmir. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili, siyasi ekspert Musa Qasımlı bildirib.Onun sözlərinə görə, cəmiyyət onların əvəzinə daha konstruktiv müxalifətə səs verib ki, onlar da indiki parlamentdə kifayət qədər təmsil olunur. “Yaxın tarix göstərdi ki, Azərbaycanda siyasi radikalizmin heç bir perspektivi yoxdur. Artıq cəmiyyətmizi xeyli informasiyalaşmış cəmiyyətdir və onlara daha konstruktiv siyasi elita lazımdır. Dördüncü çağırış parlamentə keçirilən seçkilərinin nəticələrində də bu açıq-aydın müşahidə olundu. İndi Azərbaycanda insanların daha münasib və konstruktiv siyasi elitaya ehtiyac var ki, o da indi ölkədə tam brəpa olunub”,-deyə M.Qasımlı vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2423.html