Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » BSU-da “XV-XVII yüzil rus ədəbiyyatında türklər” kitabının təqdimat mərasimi olub
30.11.10 02:13

Bakı Slavyan Universitetində Ankarada işıq üzü görmüş “XV-XVII Yüzil Rus Ədəbiyyatında Türklər” kitabının təqdimatı olub. KƏLAMİNFO xəbər verir ki, kitabın müəllifi Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Telman Cəfərovdur. Monoqrafiyanı müəllifin 2003-cü ildə Moskvada nəşr edilmiş “XV-XVII əsrlər rus ədəbiyyatında türk elementləri” kitabının mətni təşkil edib. Nəşrin “Giriş”ində slavyan və türk xalqlarının qədim dövr və Kiyev Rusu zamanındakı əlaqələrinə, ortaq ədəbi-tarixi abidələrə və dəyərlərə, mövzunun Avrasiya tarixi-mədəni arealının müasir araşdırmaları müstəvisində nəzərdən keçirilməsinin önəminə diqqət yetirilir.Əsasən Moskva Rusu ədəbi abidələrinin geniş təhlilinə yer verən T.Cəfərov bu dövr rus ədəbiyyatının ideya və mövzu cəhətdən zənginləşməsində, obraz və xarakterlərin ədəbiyyata gətirilməsində və oxucu auditoriyasına təqdim olunmasında, novatorluq çalarlarının qazanılmasında türk-tatar mövzusunun xüsusi rolunu vurğulayır. Orta əsrlər rus ədəbiyyatının “Sarqradın türklər tərəfindən tutulması haqqında povest”, “Məhmət saltan haqqında hekayət”, “Üç dəniz arxasına səyahət”, “Kazan tarixi”, Azov povestləri və s. kimi əsərlər dərindən təhlil olunur, Moskva Rusunun Osmanlı Türkiyəsi, Krım və Kazan xanlıqları, Səfəvi dövləti ilə hərbi, diplomatik, ticari əlaqələrinin bədii və publisistik təsvirinin elmi-tarixi əhəmiyyəti qeyd olunur. Azərbaycanlı müəllif bütün hallarda rus ədəbi-tarixi mənbələrinə, rus ədəbiyyatşünaslığı və tarixşünaslığı materiallarına istinad edir.
URL / WWW
http://kelam.az/article/a-2420.html