Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » GVB həyata keçirdiyi layihənin təqdimatını keçirib
29.11.10 19:12

Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məktəblərdə fiziki hazırlıq üzrə tədrisin keyfiyyətlərinin yüksəldilməsi üzrə yeni təşəbbüslər” adlı layihəsinin təqdimatını keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər. Tədbirdə çıxış edən GVB-nin sədri Müqamət Əliyev qeyd edib ki, müstəqil Azərbaycanın möhkəmləndirilməsi yolunda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və ümumtəhsil məktəblərində fiziki hazırlıq işlərinin yeni metodlarla tətbiq olunması, gənclərin psixoloji və ideoloji cəhətdən hazırlanması, dövlətin atributlarına, milli dəyərlərimizə hörmət və ehtiram əsas şərtlərdən biridir. Bu sahəyə dövlətlə bərabər QHT-lərin də diqqət göstərməsinin vacib olduğunu vurğulayan M.Əliyev bəzi gənclərin pis fərdişlərə meyl etməsini acı həqiqət kimi dəyərləndirib. O qeyd edib ki, həyata keçirdikləri layihənin əsas məqsədi də yeniyetmə və gənclər arasında fiziki-mənəvi hazırlıq, vətənpərvərlik ruhunun qaldırılması, dövlətçiliyə və tarixi milli-mədəni və əxlaqi dəyərlərə ehtiramla yanaşmalarına çağırışı özündə əks etdirir. M.Əliyev bildirib ki, layihə çərçivəsində Daxili İşlər, Təhsil nazirlikləri, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər məktəbi, 2 saylı Humanitar Texniki Elmlər Liseyi, eləcə də ölkənin bir sıra regionlarının müvafiq obyektlərində çoxsaylı seminar, Dəyirmi masalar, təlimlər keçirilib. Qeyd edək ki, layihə 14 sentyabrdan 26 noyabr tarixinə kimi olan dövrü əhatə edib.
URL / WWW
http://kelam.az/article/a-2417.html