Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda H5N1 virusunun monitorinqi keçiriləcək
29.11.10 19:10

Dekabrın 13-dən 17-nə kimi Azərbaycanda H5N1 (“quş qripi”) virusunun yoxlanılması məqsədilə monitorinq keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Kənd Təsərrüffatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib. Onun sözlərinə görə, monitorinq əsasən Abşeron Milli parkında, Dəvəçi, Salyan, Ağcəbədi və Lənkərandakı Milli qoruqlarda, eləcədə dəniz sahillərində aparılacaq. Y.Xanvəli söyləyib ki, bu ərazilər köçəri quşların müvəqqəti məskunlaşdığı yerlərdir və ona görə də bu zonalarda Dövlət Baytarlıq Xidməti tərəfindən ilin bütün fəsillərində müşahidə aparlır. “Bu günə kimi, həmin ərazilərdə hər hansı xəstə quşlara rast gəlinməyib. Monitorinq başlayan dövürlərdə də yaqin ki, “quş qripi” xəstəliyinə də rast gəlinməyəcək”,-deyə Y.Xanvəli bildirib. Qeyd edək ki, monitorinq Dövlət Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirlikləri, Ovçular və Balıqçılar Cəmiyyətinin təşkilatçılığı ilə aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-2415.html