Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Fransa Milli Araşdırmalar Mərkəzi ilə AMEA arasında müqavilə imzalanıb
29.11.10 19:10

Fransa Milli Araşdırmalar Mərkəzi (FMAM) ilə AMEA arasında yeni layihələrin yerinə yetirilməsi sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Müqavilə AMEA prezidenti Mahmud Kərimovun Fransaya səfəri çərçivəsində baş tutub. M.Kərimovla FMAM direktoru arasında imzalanan müqavilə ölkəmizdə mühüm əhəmiyyət kəsb edən geofizika və arxeoloji sahələri əhatə edir. Müqaviləyə əsasən bu layihələri Fransa tərəfi maliyyələşdirəcək. Fransa Milli Araşdırmalar Mərkəzində bağlanan müqavilə Azərbaycanda elmin inkişafı, milli kadrların yetişdirilməsi ilə bağlı dövlət proqramının müvəffəqiyyətlə yerinə yetirilməsində böyük rol oynayacaq. Xatırladaq ki, 2007-ci ildə prezident İlham Əliyevin Fransaya dövlət səfəri zamanı bir çox sahələrlə yanaşı, AMEA ilə FMAM arasında əməkdaşlığa dair saziş imzalanıb. Həmin dövrdən etibarən AMEA ilə FMAM Azərbaycanda bir sıra layihələr müştərək şəkildə həyata keçirib.
URL / WWW
http://kelam.az/article/a-2414.html