Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK Naxçıvan MR Daxili işlər və Vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanının nəticələrini açıqlayıb
29.11.10 19:10

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan Muxtar Respublikasının (MR) Daxili işlər və Vergi orqanlarında vakant iş yerlərinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanının nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.Daxili işlər orqanlarının müsabiqəsində iştirak etmək istəyən 33 nəfərin, Naxçıvan MR vergi orqanlarında elan olunmuş müsabiqəyə 14 nəfərin namizədliyi qeydə alınıb. İmtahanların nəticələri TQDK-nın internet saytında yerləşdirilib. Naxçıvan MR Daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı test imtahanı nəticəsində 1 nəfər, Naxçıvan MR vergi orqanlarına qəbulla bağlı test imtahanında 3 nəfər müsabiqə şərtlərini ödəyərək (65 və daha yüksək bal toplayaraq) növbəti mərhələdə iştirak hüququ qazanıblar. Qeyd edək ki, TQDK noyabrın 27-də Naxçıvan MR-nın Daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı və MR-nın Vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.
URL / WWW
http://kelam.az/article/a-2412.html