Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK müsabiqə elan edir
30.11.10 02:08

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus dili ( rus bölməsi üçün ), ingilis, fransız, alman dilləri, fizika və coğrafiya fənləri üzrə mütəxəssis ( əmək müqaviləsi ilə ) vəzifələrini tutmaq üçün müsabiqə elan edir. TQKD-dan KƏLAMİNFO-ya verilən məlumata görə, mütəxəssis vəzifəsinə ali təhsilli, 25-40 yaş həddində olan, müvafiq ixtisasa uyğun nəzəri bilikləri və həmin biliklərdən təcrübədə istifadə etmək vərdişi və bacarığı olan, metodiki və pedaqoji təcrübəsi olan, orta məktəbin tədris planı, proqramı və dərslikləri barədə məlumatı olan, testologiya sahəsində biliklərə malik olan, pedaqoji testləşdirmə metodlarını bilən, təhsil sisteminin strukturu, problemləri, tədrisin təşkili barədə geniş məlumatı olan, müasir komputer sistemindən istifadə etməklə müəyyən işləri yerinə yetirməyi bacaran şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak edənlər kadrların şəxsi uçot vərəqi, tərcümeyi-hal, təhsil haqqında sənədin surətini təqdim etməlidirlər. Sənədlər 01 .12.2010-cu il tarixindən 25.12.2010-cu il tarixinədək qəbul olunur.
URL / WWW
http://kelam.az/article/a-2411.html