Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu gündən İordaniya Haşimilər Krallığında Azərbaycan Mədəniyyəti Günləri başlayır
30.11.10 03:08

Bu gündən dekabrın 3-nə qədər İordaniya Haşimilər Krallığında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Mədəniyyət günlərində iştirak etmək üçün nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə 50 nəfərlik nümayəndə heyəti İordaniya Krallığına yola düşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Mədəniyyət Günləri çərçivəsində Əmman və Zarka şəhərlərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert, foto və kitab sərgiləri təşkil ediləcək. Mədəniyyət Günlərinin təşkili iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəldilməsinə, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edəcək. Səfər çərçivəsində bu ölkənin mədəniyyət, həmçinin turizm və tarixi əsərlər nazirləri ilə görüş planlaşdırılır. Qeyd edək ki, mədəniyyət günləri çərçivəsində Azərbaycan incəsənət ustalarından xalq artisti Afaq Məlikovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblının bir qrup üzvü, əməkdar incəsənət xadimi Məcnun Kərimovun rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblı, xanəndələr İlkin Əhmədov, Vəfa Orucova, əməkdar artistlər Nuriyyə Hüseynova, Elza Seyidcahan və Teyyub Aslanov, solistlər Əməkdar artist, çəqanə ifaçısı Munis Şərifov, qarmon ifaçısı Etibar Qasımbəyli İordaniya Krallığının Əmman şəhərində bir neçə yerdə geniş konsert proqramları ilə çıxış edəcəklər. Bundan başqa, İordaniyada keçiriləcək tədbirlər sırasında “Azərbaycan ənənə və müasirliyin qovşağında” adlı fotosərgi də yer alacaq. Bu fotosərgidə iordaniyalılar ölkəmizin tarixi və mədəniyyəti, zəngin memarlıq ənənələri, turizm potensialı və təbiət mənzərələri, müasir inkişafı ilə tanış olacaqlar. Fotoşəkillər bir tərəfdən ölkəmizi hərtərəfli şəkildə göstərməyə, digər tərəfdən isə Azərbaycanda bədii fotoqrafiya sənətinin, professional fotoqrafiyanın inkişafını əks etdirməyə xidmət edir.
URL / WWW
http://kelam.az/article/a-2410.html