Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
10.11.09 01:42

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Psixometriya üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı TQDK-nın mətbuat xidmətindən veriblər. Seminar iclasında 2010-cu ildə magistraturaya qəbul imtahanı üçün məntiqi təfəkkürün yoxlanması üzrə qəbul proqramının, “Magistr” jurnalında dərc olunacaq test tapşırıqları nümunələri və onlara dair veriləcək izahlı məlumatın müzakirəsi aparılıb. Seminar iştirakçıları proqramdakı “verbal testlər” və “fiqur testləri” bölmələri üzrə müzakirə aparıblar, öz təkliflərini bildiriblər. Mövzu ətrafında müzakirələrin gedişində seminarın rəhbəri və seminar iştirakçıları tərəfindən hazırlanmış materiallarda müəyyən düzəlişlər olunub. Növbəti seminarda proqramdakı “məntiqi-riyazi testlər” bölməsi müzakirə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-241.html