Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » L.Əliyeva: “Yaşadığımız yerdən asılı olmayaraq bizim hamımızı ümumi vətənimiz Azərbaycana olan məhəbbət birləşdirir”
29.11.10 19:08

Frankfurtda keçirilən Dünya Azərbaycanlı Gənclərin I Konqresi həmvətənlərimiz arasında yalnız dostluq və işgüzar əlaqələrin yaranması üçün gözəl meydan deyil, həmçinin Vətənlə əlaqələrin möhkəmlənməsi, gənc insanların ictimai-siyasi fəallığının güclənməsi üçün unikal, nadir bir imkandır. KƏLAMİNFO xəbər verir ki, bu fikirlər noyabrın 27-28-i tarixlərində Almaniyanın Frankfurt şəhərindəki “The Westin Grand” otelində Dünya Azərbaycanlı Gənclərinin I Konqresində səslənən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın müraciətində deyilib. Müraciətdə qeyd olunub ki, bu forum ümumi məqsədlərə nail olmaq əzmi ilə çalışan insanlar üçün mühüm bir imkandır. “Yaşadığımız yerdən asılı olmayaraq bizim hamımızı ümumi vətənimiz Azərbaycana olan məhəbbət birləşdirir. Bundan əlavə, Konqres dünya miqyasında fəaliyyət göstərən Azərbaycan diasporu daxilində əlaqələrin formalaşması və güclənməsi üçün yeni qüvvələrin cəlb edilməsinə şərait yaradır. Azərbaycan dövlətinin bu məsələyə böyük önəm verməsi bizim üçün vacib dəstəkdir. Bu bir daha bizim doğru yolda olduğumuzu və bu yolla uğurla irəlilədiyimizi sübut edir. Əminəm ki, iştirakçısı olduğumuz gənclər konqresi çərçivəsində Azərbaycan Gənclərinin Dünya Birliyinin yaradılması bizim gənclər diasporunun möhkəmlənməsi yolunda növbəti və çox vacib addım olacaq. Qarşıda isə bizi bu yolda mühüm vəzifələr gözləyir”,-deyə müraciətdə səsləndirilib.
URL / WWW
http://kelam.az/article/a-2407.html