Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək
29.11.10 19:08

Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, iclasda prezident İlham Əliyevin iştirakı gözlənilir. Milli Məclisin birinci iclasını ən qocaman deputat açacaq. O, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır. Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra gizli səsvermə ilə Milli Məclisin sədri seçilir. Sədr vitse-spiker vəzifəsinə namizədlər irəli sürür və gizli səsvermə ilə vitse-spikerlər seçilir. Eyni qayda ilə spiker komitə sədrləri vəzifəsinə namizədlər irəli sürür və seçki keçirilir. Bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir. Qeyd edək ki, 7 noyabr parlament seçkisinin ilkin rəsmi nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyasının namizədləri 72, bitərəf namizədlər 41 mandat qazanıb. Qalan 12 yeri Vətəndaş Həmrəyliyi (3 mandat), Ana Vətən (2 mandat), Ümid (1 mandat), Bütöv Azərbaycan Xalq Cəbhəsi (1 mandat), Demokratik İslahatlar (1 mandat), Böyük Quruluş (1 mandat), Ədalət (1 mandat), Vətəndaş Birliyi (1 mandat) və Sosial Rifah (1 mandat) partiyaları qazanıb.
URL / WWW
http://kelam.az/article/a-2406.html