Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Müdafiə naziri Səfər Əbiyev Özbəkistana rəsmi səfərə yola düşüb
29.11.10 19:08

Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Özbəkistanın müdafiə naziri, general-mayor Kabul Berdiyevin dəvəti ilə Daşkənddə rəsmi səfərə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər zamanı ölkələr arasında hərbi əməkdaşlıq və gələcək perspektivlərinin müzakirə olunacağı, Cənubi Qafqaz və Orta Asiya regionunda hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsinin aparılacağı nəzərdə tutulur. Səfər çərçivəsində Azərbaycanla Özbəkistan arasında 2011-ci il üçün hərbi əməkdaşlıq planının imzalanması planlaşdırılır. S.Əbiyevin Özbəkistanın yüksək səviyyəli şəxsləri ilə görüşləri də gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-2405.html