Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Konstitusiya Məhkəməsi Milli Məclisinə keçirilmiş seçkilərin nəticələri təsdiq etdi
30.11.10 02:07

Bu gün Konstitusiya Məhkəməsinin növbəti iclasında ölkə Konstitusiyasının 86-cı və 109-cu maddəsinə uyğun olaraq noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərin nəticələri təsdiq olundu. KƏLAMİNFO xəbər verir ki, iclasın qərarını KM sədri Fərhad Abdullayev elan etdi. Bununla qərar Mərkəzi Seçki Komissiyasının 22 noyabr tarixli protokolunu tam təsdiqləmiş oldu. Qərara əsasən, ayrı-ayrı dairələr üzrə ümumilikdə 46 məntəqədə səsvermənin nəticələri ləğv olunub ki, bu da dairələr üzrə nəticələrə təsir etmir. Beləliklə, noyabrın 7-də 4-cü Çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 743 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınmış şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb. 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparıb. Seçkilərdə Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb. Seçkilərdə qələbə qazanmış digər şəxslər bitərəflərdir. MSK seçkilərlə bağlı yekun protokolu noyabrın 22-də təsdiqləyərək, Konstitusiya Məhkəməsinə göndərib.
URL / WWW
http://kelam.az/article/a-2404.html