Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Polşada təlimdə iştirak ediblər
26.11.10 16:56

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının “Sosial Müdafiənin İnkişafı Layihəsi: 2010-2012-ci illər üçün Modul Təlim Proqramları” layihəsində iştirak etmək üçün 8 nəfərlik nümayəndə heyəti Polşada təlim səfərində olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, Şərqi Avropada, xüsusən Polşada modul təlim proqramlarının hazırlanması və tətbiqi sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədi ilə təşkil olunan səfər çərçivəsində Radom, Jeşuv və Varşavada görüşlər keçirilib, müzakirələr aparılıb. Peşə Təhsili Müəssisələri Mərkəzinin ən böyük regional mərkəzlərindən biri Jeşuv Peşə Təhsili Mərkəzində keçirilən görüş zamanı nümayəndə heyətinə təşkilatın strukturu və funksiyaları, işsiz və işaxtaranlar üçün təlimin qurulması, yenidən hazırlıq və iş yerində təlim məsələlərinin həlli, əmək bazarının və ya işəgötürənlərin tələblərinə uyğun peşə hazırlığının təşkili, bu zaman modul proqramların tətbiqi ilə bağlı məlumatlar verilib. Nümayəndə heyəti mərkəzin iş emalatxanaları, burada bərbərlik, kosmetologiya, parketdöşəmə, plitəçilik, tornaçılıq və s. peşələr üzrə həyata keçirilən praktik məşğələ prosesləri ilə tanış olublar. Görüşdə Azərbaycan nümayəndə heyəti ilə birgə Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov da iştirak edib. Geniş fikir mübadiləsi şəraitində keçirilən görüşdə Polşada modul təlimi siyasətində ƏSSN-in rolu, modul təlim proqramlarının hazırlanması, inkişafı və həyata keçirilməsi üçün tətbiq olunan hüquqi mexanizmlər, maliyyələşdirmə, əmək bazarı, məşğulluq, modul təlim proqramlarının həyata keçirilməsi prosesinə sosial tərəfdaşların cəlb olunması və s. məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.
URL / WWW
http://kelam.az/article/a-2402.html