Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elman Nəsirov: “Hazırkı status- kvonun saxlanmsı iqtisadi baxımdan həm Ermənistan, həm də digər nüfuzlu ölkələr üçün əlverişlidir”
27.11.10 02:53

Dağlıq Qarabağda hazırkı status-kvonun qorunub saxlanması iqtisadi cəhətdən Ermənistan üçün əlverişli olması ilə bərabər ona havadar olan və regionda marağı olan dövlətlər üçün də mənfəətlidir. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Prezident yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov şərh verib. Politoloq qeyd edir ki, işğal altında olan ərazilərdə təbii sərvətlərdən qeyri-qanuni istifadə olunması və ərazidən qeyri-qanuni tranzit xətt kimi istifadə olunması Ermənistan da daxil olmaqnla bir sıra ölkələr üçün ciddi gəlir mənbəyidir. “Nəzərə alsaq ki, Dağlıq Qarabağ təbii sərvətlərinə və ehtiyatlarına görə Qafqazda ən mühüm bölgədir, o zaman həmin ölkələrin bu fürsəti tezliklə əldən verməsi real görsənmir. Xüsusilə son zamanlar Ermənistan Kəlbəcərdəki qızıl ehtiyyatlarının kütləvi şəkildə istismarına başlayıb və hətta şərikli istifadə etdiyi yataqların bəzilərini həmin ölkələrdən olan şirkətlərə icarəyə də verib. Bütün bunlar hər ay külli miqdarda gizlin qazanc deməkdir. Ona görə də, Ermənistanın hər vəchlə danışıqlardan yayınması və hazırkı vəziyyəti qoruyub saxlaması heç də təəcüblü deyil. Onu da qeyd edim ki, İrəvan bu siyasi obrazla regionun təbii ehtiyatlarında gözü olan şirkətlərin məxsus olduğu dövlətlərin istəyini də ifadə edir. Bunlarında ən öndə gedəni Rusiyadır”,-deyə politoloq fikirini açıqlayıb. E.Nəsirov qeyd edir ki, Rusiya Həştərxanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qaldırdığı təşəbbüs blöfdür. “Bununla Moskva gözdən pərdə asdı. Çünki, o, anlayır ki, Qafqazda nüfuzunu bərpa etmək üçün birmənalı hərbi güc metodu əlverişsizdir. Rusiya bu cür “sülh msssiya”ı ilə Qafqazdakı digər ölkələrin, o cümldən də Azərbaycanın gözündən pərdə asmaq istəyir. Əslində, düşünürəm ki, hazırkı status-kvonun dəyişməsi heç Moskva üçün də əlverişli deyil”,-deyə ekspert bildirib.
URL / WWW
http://kelam.az/article/a-2401.html