Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək” layihəsinin təqdimatı oldu
26.11.10 16:53

Bu gün “Ambassador” otelində Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Azad İstehlakçılar Birliyi (AİB) tərəfindən həyata keçirilən “Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək” layihəsinin başa çatması münasibətilə milli konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən AİB-in sədri Eyyub Hüseynov bildirdi ki, sözügedən layihə Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala rayonlarının 33 bələdiyyəsini və 50 kəndi əhatə edib. Həyata keçirilməsinə 33 400 avro məbləğində vəsait ayrılan layihə çərçivəsində həmin bələdiyyələrə 10 komputer, mebel dəstləri, bələdiyyə məlumat lövhələri verildiyini diqqətə çatdıran E.Hüseynov qeyd edib ki, bundan başqa, ərazidə çoxsaylı treninqlər keçirməklə, bələdiyyələr üçün məlumat bazası yaradılıb. Konfransda Beynəlxalq İstehlakçı Təşkilatının (Consumers İnternational) rəhbəri Tamar Lordkipanidze, bu qurumun məsləhətçisi Robert Simpson (London) və digərləri mövzu ilə bağlı məlumat verdilər. Sonra E.Hüseynov layihə çərçivəsində görülün bütün işlər, əldə olunan uğurlar və digər məsələlər barədə geniş təqdimat edib. Sonda bir sıra qurumların əməkdaşlarının müxtəlif mövzularda çıxışları dinlənildi.
URL / WWW
http://kelam.az/article/a-2400.html