Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil müəssisələrin sayının 500-ə çatdırılması planlaşdırılır
09.11.09 23:42

Cari ilin sonunadək Azərbaycan təhsil şəbəkəsinə (Azedunet) qoşulacaq təhsil müəssisələrin sayının 500-ə çatdırılması planlaşdırılır. Hazırda isə 350-ə yaxın müəssisə bu şəbəkəyə qoşulub, daha 150 məktəbin şəbəkəyə qoşulması istiqamətində iş gedir. Bu barədə məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Azedunet şəbəkəsinə qoşulmuş məktəblər vahid yüksək sürətli intranet-şəbəkəsi çərçivəsində birləşdirilir. Vahid təhsil şəbəkəsinin mövcudluğu ölkə çərçivəsində təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan verir. Həmçinin, Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində yerləşdirilmiş elektron tədris resurslar, elektron məktəb idarəetmə və interaktiv tədris idarəetmə sistemlərə və təhsil portalına çıxışını asanlaşdırır. Bundan əlavə, təhlükəsizlik informasiya sistemlərinin fəal istifadəsilə təhsil ocaqları genişzolaqlı internet əldə edirlər. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində məktəblərdə lokal şəbəkələrin yaradılması da həyata keçirilməkdədir. Sözügedən lokal şəbəkələr kompüter siniflərini, müəllimlər otağını və direktorun otağını birləşdirir.
URL / WWW
http://kelam.az/article/a-240.html