Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Səfir Mahir Əliyev Dəməşq Universitetinin professoru Süleyman Zeydiyyə ilə görüşüb
26.11.10 03:48

Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyev Dəməşq Universitetinin rus dili və ədəbiyyatı kafedrasının professoru Süleyman Zeydiyyə ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Görüş zamanı Sovet İttifaqında təhsil almış S.Zeydiyyə sovetlər dövründə bir neçə dəfə ölkəmizdə olduğunu söyləyərək Azərbaycanın ədəbi mühiti ilə yaxından tanış olduğunu qeyd edib. Bundan başqa professor Azərbaycanın Suriyada öz səfirliyini açmasını iki ölkənin tarixində mühüm hadisə hesab etdiyini bildirib. O, səfirliyimizin kitabxanasına L.S. Bretanskiy, B.V.Veymarn - Azərbaycan İncəsənəti IV- XVIII əsrlər, Məmməd Arif Dadaşzadə - Azərbaycan Ədəbiyyatı (müəllifin şəxsi aftoqrafı ilə), Nurəddin Seyidov - Azərbaycan nağılları, Mirzə Şəfi Vazehin seçilmiş əsərləri, İmadəddin Nəsiminin seçilmiş əsərləri, Firdovsinin Şahnamə əsəri, Mirzə İbrahimovun “Pərvanə” romanı (müəllifin şəxsi aftoqrafı ilə) və Nəbi Xəzrinin şer və poemaları; iki cilddə (müəllifin şəxsi aftoqrafı ilə) hədiyyə olaraq təqdim edib.
URL / WWW
http://kelam.az/article/a-2395.html