Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Oqtay Şirəliyev Polşanin səhiyyə nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
26.11.10 03:48

Səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səfərdə olan Polşa səhiyyə nazirinin müavini A.Froncakın başcılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüşdə O.Şirəliyev qonaqlara ölkələrimiz arasında bir çox sahələrdə olduğu kimi səhiyyə sahəsində də sıx əməkdaşlığın mövcudluğundan, bu günə kimi birgə həyata keçirilmiş ikitərəfli layihələrin müvəffəqiyyətindən danışıb. Nazir ölkə başçısının səhiyyə sektoruna olan diqqət və qayğısı nəticəsində son illər səhiyyədə görülən işlər, aparılan islahatlar və əldə olunan nailiyyətlər, qoyulan investisiyaların artması sayəsində yeni açılıb istifadəyə verilən tibb müəssisələri haqqında qısaca məlumat verib. Görüşdə ölkələrimiz arasında Səhiyyə və Tibb elmi sahəsində əməkdaşlığa dair müzakirələr, tərəflər arasında kadr hazırlığına dair məsələlərə də toxunulub. Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən qonaq səhiyyənin bütün sahələrində əməkdaşlığa hazır olduqlarını nəzərə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-2394.html