Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səlim Müslümov CAR-da Dünya Sosial Təminat Forumunda iştirak edəcək
25.11.10 17:48

Cari ilin 29 noyabr 04 dekabr tarixlərində Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində Dünya Sosial Təminat Forumu keçiriləcək. Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) və Cənubi Afrika Respublikasının Sosial İnkişaf Departamentinin birgə təşkilatçılığı ilə baş tutacaq Forumda Azərbaycanı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov təmsil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya DSMF-dən veriblər.Dünya Sosial Təminat Forumunda müxtəlif ölkələrin pensiya və sosial sığorta təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, siyasətçi və alimlərin iştirakı nəzərdə tutulur. Forumda iqtisadi böhran şəraitində sosial təminat sahəsində inkişaf və tendensiyalar, sosial təminat təşkilatlarının idarə olunmasında yeni yanaşmaların müəyyən olunması, əksər dünya ölkələri üçün ciddi problem olan demoqrafik vəziyyətin və başqa mövzuların müzakirəsi planlaşdır. Forum çərçivəsində BSTA-nın 30-cu Baş Assambleyası, Büro və Şurasının iclasları da keçiriləcək. Hər üç ildən bir keçirilən BSTA-nın Baş Assambleyasında təşkilatın Prezidenti, Baş katibi, Xəzinədarı, Nəzarət komissiyasının üzvləri və texniki komissiyaların sədrləri kimi yüksək vəzifələrə seçkilər təşkil olunur. Qeyd edək ki, Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, 2004-cü ildə ölkəmiz BSTA-nın büro üzvü, 2007-ci ildə isə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Ölkəmiz Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.
URL / WWW
http://kelam.az/article/a-2393.html