Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda Beynləxalq konfrans keçiriləcək
26.11.10 03:48

Dekabrın 2-3-ü tarixlərində Bakıda “ECA 2010 – Yüksək İnnovasiya: Gənc sahibkarlar və yeni biznesin təşkili üçün investisiya hazırlığı və biznes inkubasiya infrastrukturunun möhkəmləndirilməsi” mövzusuna həsr olunmuş Şərqi Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnologiya Parkları Şəbəkəsinin (ECAbit) V beynəlxalq konfransı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən veriblər. Konfrans GİN, Xəzər İnvestisiya Mərkəzi və ECAbit şəbəkəsinin təşkilatçılığı ilə və Dünya Bankının İnfoDev proqramının dəstəyi ilə keçirilir. Tədbirin keçirilməsində məqsəd innovasiya vasitəsilə iqtisadi və sosial inkişafa nail olmuş təcrübəni öyrənmək, biznes inkubatorlarının fəaliyyətlərinə dair beynəlxalq təcrübə ilə bölüşmək və bu prosesə gənc sahibkarları cəlb etməkdən ibarətdir. Konfransda innovasiya və biznes inkubasiya sahəsində çalışan 80 nəfərdən çox yerli və beynəlxalq ekspertlər iştirak edəcəklər. Konfrans çərçivəsində Dünya Bankının İnfoDev proqramı, Finlandiya Hökuməti və “Nokia” şirkəti arasında həyata keçirilən “İnformasiya iqtisadiyyatında davamlı biznesin qurulması” proqramı müzakirə ediləcək və növbəti illərə dair fəaliyyət strategiyası hazırlanacaq.
URL / WWW
http://kelam.az/article/a-2391.html