Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Respublika ərazisində 646 504 ədəd müxtəlif ağac və kol bitkisi əkilib
25.11.10 17:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən cari ilin payız mövsümünün 15-20 noyabr tarixlərində respublika ərazisinin 293,79 hektar sahəsində 646 504 ədəd müxtəlif ağac və kol bitkisi əkilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-dən veriblər. Respublika ərazisinin 34,5 hektar sahəsində əkilən ağaclardan 39 864 ədədi Bakı və Bakı ətrafı ərazilərin payına düşür. Belə ki, Ələt-Salyan magistral avtomobil yolunun 5,2 hektar sahəsində 6550 ədəd, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Atbulaq sahəsinin 4,7 hektar sahəsində 6600 ədəd, Bakı-Şamaxı magistral avtomobil yolunun 3,1 hektar sahəsində 4100 ədəd, Bakı-Quba magistral avtomobil yolunun 4,4 hektar sahəsində 3720 ədəd, Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafının 6,1 hektar sahəsində 7700 ədəd, Suraxanı-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafının 3 hektar sahəsində 1754 ədəd, Sabunçu-Atəşgah dairələri arasındakı ərazinin 1 hektar sahəsində 800 ədəd, Bayıl yamacının 3 hektar sahəsində 3140 ədəd, Atbulaq-Hacıqabul magistral avtomobil yolunun 4 hektar sahəsində 5500 ədəd ağac və kol bitkisi əkilib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondu torpaqlarında isə heç bir əlavə vəsait xərclənmədən, Nazirliyin daxili imkanları hesabına 259,29 hektar sahədə 606 640 ədəd müxtəlif ağac və kol bitkisi əkilib. Əkilən ağaclar müəssisənin öz tinglik sahələrində yetişdirilib. Ümumiyyətlə, cari ilin payız əkin mövsümünün 01-20 noyabr tarixlərində respublika ərazisində 2 310 337 ədəd ağac və kol bitkisi əkilib. Hazırda ərazilərdə əkin, meşəbərpa, suvarma və qulluq işləri davam etdirilir.
URL / WWW
http://kelam.az/article/a-2390.html