Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Brüsseldə Azərbaycan Mədəniyyəti Günləri keçirilir
10.11.09 02:03

Bu gündən noyabrın 13-dək Heydər Əliyev Fondu və Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin birgə layihəsi çərçivəsində Brüsseldə Avropa Parlamentinin binasında Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Heydər Əliyev Fondundan veriblər. Mədəniyyət Günlərində iştirak etmək üçün Brüsselə mədəniyyət və incəsənət nümayəndələri, o cümlədən Azərbaycan mətbəxini təqdim edəcək kulinar qrupu yola düşüb. Mədəniyyət günlərində tamaşaçılara ölkəmiz haqqında daha dolğun informasiya çatdırmaq məqsədilə Azərbaycanın təbliğinə yönəlmiş geniş proqram hazırlanacaq. Parlament binasının “Yehudi Menuhin” zalında Azərbaycan rəssamlarının əsərlərindən və etnoqrafik miniatürlərindən ibarət sərgilərin təşkili də nəzərdə tutulub. Mədəniyyət günlərində gənc muğam ifaçıları tamaşaçılara təsniflərdən ibarət proqram, “Bakı ulduzları” rəqs qrupu isə rəqslərimizi təqdim edəcəklər. Konsert proqramında caz trionun çıxışı da nəzərdə tutulur. Tədbir iştirakçıları Azərbaycan mətbəxi ilə də tanış ola biləcəklər. Tanınmış kulinariya ustalarımız qonaqlara milli mətbəximizin ləziz yeməklərini təqdim edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-239.html