Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “EcoVision” jurnalının növbəti sayı işıq üzü görüb
26.11.10 03:48

Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) milli biznesin inkişafına dəstək vermək, iş adamlarını ən zəruri informasiya ilə təmin etmək məqsədilə təsis etdiyi “EcoVision” jurnalının növbəti sayı işıq üzü görüb. ATİB-in mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, son dövrlər Azərbaycan və Türkiyə əlaqələrinin inkişafı baxımından bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Bununla yanaşı, türkdilli ölkələr arasında da əlaqələrin gücləndirilməsi baxımından bir sıra ciddi addımlar atılıb. Bu və digər məsələlərə jurnalın bu sayında Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncının müsahibələrində aydınlıq gətirilir. Jurnalın bu sayının əsas mövzusu Azərbaycan iqtisadiyyatı üçün prioritet istiqamət olan turizm sektoru ilə bağlıdır. Həmçinin jurnalın bu sayından etibarən ortaq tariximizlə bağlı məqalələr də oxucuların diqqətinə çatdırılır. “EcoVision” jurnalının bu sayında, həmişə olduğu kimi, ölkədə, regionda, dünyada baş verən hadisələr, həmçinin ATİB-in fəaliyyəti barədə xəbərlər verilib. Jurnalda həmçinin, Azərbaycanda qanunvericiliklə bağlı ən son yeniliklər, ATİB-ə daxil olan biznes təklifləri və önümüzdəki dövrdə ölkəmizdə və regionda planlaşdırılan tədbirlər barədə məlumat da diqqətə çatdırılır. Qeyd edək ki, rüblük olaraq buraxılan jurnalın tirajı 3000 nüsxədir. Jurnal dövlət təşkilatları, hökumət orqanları, QHT-lər, şirkətlər, ali təhsil müəssisələri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri və özəl şirkətlərə pulsuz yayılır.
URL / WWW
http://kelam.az/article/a-2389.html