Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Edinburq Universitetinin rektoru ADU-da olub
25.11.10 02:48

Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov ABŞ-ın Edinburq Universitetinin rektoru Ceremi Braun və Universitetin Moskva ofisinin rəhbəri xanım Olqa Zinovyevanı qəbul edib. Görüşdə Azərbaycan təhsil sistemi haqda geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıqdan söz açılıb. Eyni zamanda, Azərbaycan Dillər Universiteti və Edinburq Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər. Professor Səməd Seyidov ilk öncə bu günlərdə universitetdə keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlər haqda məlumat verib. ADU-nun tarixi haqda danışan rektor hazırda ADU-da 10-dan çox dilin tədris olunduğunu deyib. S.Seyidov ölkələrin dili ilə yanaşı, həm də mədəniyyət, tarix, siyasətinin tədrisinin əhəmiyyət daşıdığını və buna xüsusi yer ayrıldığını vurğulayıb. O, universitetdə dili tədris olunan ölkələrin hər birinin dil və mədəniyyət mərkəzlərinin açıldığını və bunun gündən-günə daha da artdığını qonağın nəzərinə çatdırıb. Ceremi Braun Dillər Universiteti haqda yüksək təəssüratlar aldığını diqqətə çatdırıb. O, gələcək əməkdaşlıqla bağlı müzakirə apararaq bu sahədə maraqlı olduqlarını bildirib. Qonaqlar xüsusilə universitetlər arasında fakültələr səviyyəsində əlaqələrin genişləndirilməsinin vacibliyini söyləyib. Birgə dəyirmi masalar, video körpülərin keçirilməsi, distant təhsilin təşkili ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb. Gələcəkdə ikili diplomların verilməsi haqda danışılıb, bu sahədə ADU-nun qazandığı təcrübə yüksək dəyərləndirilib. Qeyd edək ki, ADU Böyük Britaniyanın Esseks Universiteti ilə uğurlu beynəlxalq əməkdaşlığı sayəsində ikili diplomların verilməsi məsələsi artıq öz həllini tapmışdır.
URL / WWW
http://kelam.az/article/a-2384.html